Rauf Əliyev Bolqarıstan parlamentinə seçki prosesini müşahidə edir

Rauf Əliyev Bolqarıstan parlamentinə seçki prosesini müşahidə edir

Aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi açılmışdır ki, burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə biləcək. Xaricdəki Bolqarıstan vətəndaşları üçün 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək.

49-cu çağırış Xalq Məclisinə seçkilərə 14 siyasi partiya və 7 koalisiya qatılıb, 240 deputat mandatı uğrunda 4566 namizəd mübarizə aparır. Seçkilərdə 207 beynəlxalq, 847 bolqar müşahidəçi çalışacaq.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev müşahidəçi qismində seçkiləri müşahidə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə