"İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"İsrail ilə Azərbaycan arasında bütün dövrlərdə dostluq münasibəti olub. Eyni zamanda İsrail Azərbaycan müstəqillik qazandıqda müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olub. 1993-cü ildə İsrail Azərbaycanda səfirliyini açdı. Təxmini 30 ildən sonra biz öz səfirliyimizi İsraildə açırıq. Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da iştirakı ilə açılış baş tutacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, ora ilk səfir olaraq Muxtar Məmmədov təyin olunub və etimadnaməsini artıq İsrail dövlətinin xarici işlər naziri və prezidentinə təqdim edib: "İsrail dövləti bizimlə strateji tərəfdaşdır və hər zaman bizi dəstəkləyir. Bunun səbəbi də Azərbaycanda yaşayan yəhudilərə bizim tərəfimizdən göstərilən tolerantlıqdır.
44 günlük Vətən müharibəsi dövründə də bizim din qardaşlarımız fars-molla rejimi bizim düşmənlərimizin, ermənilərin yanında oldular. Lakin həmin müddət ərzində İsrail dövləti Azərbaycanın öz torpaqlarını azad etməsi üçün əlindən gələn köməkliyi etdi.
Biz daim İsrail ilə sıx dostluq münasibətində olmuşuq. Bu isə bizim dostluğumuzun qədim dövrlərə söykəndiyini göstərir. Bu səbəbdən də bu gün açılacaq səfirlik iki ölkə arasındakı diplomatik əlaqələrin daha da genişlənməsinə səbəb olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB