Ermənistan təxribatlarına nə zaman son qoyacaq? - HƏRBİ EKSPERT DANIŞDI

“Ermənistan heç vaxt götürdüy öhtəlikləri yerinə yetirməyib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə Ermənistan BMT-nin qətnaməsini, nə də vasitəçi dövlətlərin təkliflərini qəbul etməyib: “Ermənistan hər dəfə müxtəlif bəhanələr edərək sülh sazişini imzalayacağını və torpaqları geri qaytaracağına söz verib. Lakin Azərbaycan orudusu Ali Baş Komandan İlham Əliyev əmrini ilə öz gücləri ilə tarixi və əbədi torpaqlarımızı geri aldılar. Biz bununla onları BMT-nin qətnaməsini qəbul etməyə məcbur etdik. Bu gün də Azərbaycan dövləti məhz məcbur qalıb yenidən əks-hücum əməliyyatı həyata keçirməldir. Çünki Ermənistan bizə başqa çarə buraxmır. Avropa Birliyinin, Rusiyanın eyni zamanda da ABŞ-ın apardığı danışıqlara qulaq asmayıb öz bildiklərini edirlər. 2020-ci il 10 noyabr bəyanatında rus sülhməramlıları bölgəyə gələn kimi Ermənistan tərəfi bölgədəki separatçı qüvvələrini çıxarmalı idi. Lakin onlar buna da əməl etmədilər. Bütün bunlara görə də Azərbaycan dövlət əməliyyat keçirtməlidirlər. Ermənistan neçə illər ərzində bizim torpaqlarımızı özlərində saxlayaraq, yurdlarımızı talan etmişdirlər. Azərbaycan dövləti isə əldə etdiyi torpaqlarda quruculuq işləri aparır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə