"Təxribatlar növbəti qarşıdurmalara səbəb ola bilər" - HƏRBİ EKSPERT DANIŞDI

“Ermənistan sülh müqaviləsindən yəni 10 noyabr bəyanatından irəli gələn tələblərin icrasını həyata keçirməkdən boyun qaçırdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramin Məmmədli bildirib.

Onun sözlərinə görə, bu təxribatlar növbəti qarşıdurmalara səbəb ola bilər: "Bu proses yəqin ki, qarşıdan gələn bir il ərzində baş verəcək. Ermənilər müqaviləni imzalamaq məcburiyyətində qalacaqlar. Hazırki vəziyyətdə məğlub durumda olan Ermənistan bütün lazımi məlumatlara əl ataraq bərabərhüquqluğunu təmin etmək istəyir. Ermənistan müharibədə məğlub olub. Həmçinin Ermənistan Rusiya və Qərbə əl ataraq müəyyən manevrlər etmək istəyir. Bütün bu proseslər belə davam etməyəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə