"Hər iki tərəfdə qarşılıqlı etimad mühiti formalaşır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Xocalıdan sonra Qarabağ bölgəsindəki ermənilərlə ikinci görüşün Bakıda keçirilməsi erməni icması ilə Azərbaycan tərəfinin keçirilən danışıqlarını irəliləyişə doğru aparan bir addım hesab etmək olar". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu həm sülh quruculuğu yəni, erməni icması ilə Azərbaycan tərəfinin sülh yaratma istiqamətində önəmli bir addımıdır: "Eyni zamanda bu etimad quruculuğun mühitinə də öz müsbət təsirini göstərir. Çünki əgər birinci görüş Xankəndində, yəni Xocalıda keçirilirdisə, ikinci görüşün artıq Bakıda keçirilməsi onu göstərir ki, bu məsələdə ermənilər etimad göstərirlər. Yəni, rəsmi Bakı tərəfindən təhlükəsizliyin təmin olunmasına etimadını göstərir. Ona görə də onlar bu görüşdə iştirak edirlər".
Vüqar Əhmədov sözlərinə belə davam edib: "Həm də yəni, bu Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasına və Bakı ilə təmasların çoxaldılmasına təsirini göstərir. Bakı görüşü baş tutarsa, bu artıq onun göstəricisidir ki, hər iki tərəfdə qarşılıqlı etimad mühiti formalaşır. Düşünürəm ki, bu ilki təmasların davamlı şəkildə aparılması ölkə daxilində ermənilərin etimad mühiti və sülh şəraitində yaşaması üçün ən real bariz nümunədir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB