"Azərbaycan iqtisadiyyatında Almaniya investisiyası güclənəcək" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Azərbaycan-Almaniya münasibətləri bu gün yüksələn xətlə inkişaf edir. Bir qayda olaraq ölkələr bir-biri ilə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasaında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Almaniya dövlətlərinin əməkdaşlıq əlaqələri də yüksək səviyyədədir: “Cənab Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərində Almaniyanın tanınmış biznes nümayəndələri ilə görüşü onu deməyə əsas verir ki, Almaniya biznesi Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır. Onların bu cür addımları Azərbaycanın neft-qaz sektoru ilə yanaşı nəqliyyat infrastrukturuna, eyni zamanda işğaldan azad olunan ərazilərin yenidən bərpa edilməsinə olan maraqdan irəli gəlir. Prezident Almaniyanın işgüzar dairələri qarşısında Azərbaycanın iqtisadi inkişafı ilə bağlı baxışlarını ortaya qoydu. Təbii ki, bu çox böyük maraq doğurdu. İnanırıq ki, bu görüşdən sonra Azərbaycan iqtisadiyyatında Almaniya investisiyası güclənəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə