Ermənilərin 5 milyon vətəndaşı xəyal etməsi həm gülünc səslənir, həm də utopik. Belə bir rəqəmin, belə bir statistik göstəricinin erməni cəmiyyəti üçün xəyal olaraq qalacağı təkzib edilə bilməz. Əvvəla ona görə ki, bu arzularına nail olmaları üçün müsbət istiqamətdə hansısa iş aparıldığı görünmür. Əksinə, işğalçı ölkənin elə işğalçılıq siyasəti aparmaqdan başqa bir niyyəti ortada yoxdur. Digər tərəfdən də sosial-iqtisadi problemlər, işsizliyin, yoxsulluq səviyyəsinin durmadan artması, ölkəni bürüyən xaos Ermənistan hakimiyyətinin, “Strategiya-2050” planlarının puç olacağından xəbər verir, çünki mövcud olan demoqrafik problemlər artıq sürətlə böyüməkdədir.
Kiçik bir ölkə olan Ermənistanın problemləri özündən dəfələrlə böyükdür və durmadan da artmaqdadr. Sanki bu problemlər yoxmuş kimi özünü göstərən hakimiyyət hələ də xəyal qurmaqda, daxili auditoriyanı aldatmaqda, bir çox avantüristlər də işğalçılıq və bundan hansısa divident əldə etmək niyyəti ilə kütləni manqurtlaşdırmaq, idarə etmək fikrindədir, problemləri həll etmək, real vəziyyəti düzgün qiymətləndirmək, doğru qərar vermək yox. İstər keçmiş, istərsə də hazırki hakimiyyət öz səriştəsizliyi, saymazlığı ilə problemlər yığınını günü-gündən çoxaldır, ölkənin yox dərəcəsində olan iqtisadiyyatını durmadan daha da çökdrür, nəticədə sosial problemlər artır, məşğulluq səviyyəsi daha da azalır, yoxsulluq səviyyəsi dinamik şəkildə böyüyür, Ermənistan vətəndaşlarının çətinlikləri ciddi şəkildə, pz durmadan çoxalır. Bu çətinliklər məhz onların yaşayışları, dolanışıqları ilə bağlıdır ki, onların həlli istiqamətində nəinki iş görülmür, hətta bu barədə düşünən, düşünmək istəyən belə yoxdur.
Məşğulluq səviyyəsi sıfır həddində olan ölkənin vətəndaşlarının maddi və sosial durumunun acınacaqlı olması gözlənilən haldır və bunu əvvəldən nəzərə almayan hakimiyyət gec də olsa, indi də olsa düşünməli idi. Amma görünən odur ki, bu işğalçı ölkə hakimiyyəti, səlahiyyətlilər vətəndaşları nəzərə almırlar. Hətta hakimiyyət arzusunda olan qüvvələrin belə ölkə vətəndaşını düşünmək niyyəti yoxdur. Ermənistanda yalnız hakimiyyət kürsüsü, başqalarına mənsub olanı ələ keçirmək, özününküləşdirmək, divident naminə manipulyasiyalar etmək ön plandadır və xaos da, çirkin oyunlar da bu səbəbdən artmaqda davam edir. Bu çirkin oyunların fonunda isə sadə vətəndaşlar çox böyük yaşam problemləri ilə, çətinliklərlə qarşlaşırlar. Belə problemlərlə qarşılaşan əhalinin, vətəndaşların isə seçim qarşısında qalacağı, yaşayışını təmin etməsi məqsədi ilə ölkə tərk edəcəyi qaçılmazdır. Sohbət Ermənistan üçün xarakterik olan və durmadan artan demoqrafik problemdən, bu ölkə əhalisinin azalmasından gedir. Belə davam edəcəyi təqdirdə bu ölkənin nəinki 5 milyon, heç 1 milyona da ümidi olmamalıdır.
Nikol Paşinyanın 2019-cu ildə təqdim etdiyi iddialı strategiyanı xatırlatmaq yerinə düşərdi. Çünki üzləşdikləri problemlər səbəbindən ola bilsin ki, onun uydurma strategiyası ermənilər tərəfindən unudulub və xatırlatma bu səbəbdən pis olmazdı. Beləki, Paşinyan öz “mifik” strategiyasında 2050-ci ilə qədər Ermənistan əhalisini 5 milyona çatdırmaq, 1,5 milyon yeni iş yeri yaratmaq, yoxsulluğu aradan qaldırmaq, orta əmək haqqını 7 dəfə artırmaq, orta ömür müddətini 90 yaşa çatdırmaq kimi xam xəyalları nağıl şəklində daxili auditoriyaya sırıyıb. Ola bilsin ki, beli çantalı küçə nümayişçisi həmin anda elə zənn edirdi ki, bununla bütün Ermənistan ictimaiyyətini aldada bilir. Məsələ burasındadır ki, elə o zaman da ağlı başında olan insanlara aydın idi ki, bu məqsədlər Ermənistan kimi yoxsul və yanlış yolda olan bir ölkə hakimiyyəti üçün əlçatan deyil, xəyal və utopiyadır. Heç bir beynəlxalq, yaxud regional layihəyə qoşulmayan, marginallaşan bir ölkədə üstəlik, müsbət istiqamətdə hansısa addım atılmayıbsa və indi də atılmırsa, yalnız boş söz yığını ilə daxili auditoriya doydurulurla, ancaq kütləni aldatmaq niyyəti güdülürsə, deməli, Paşinyanın həmin o strategiyası xəyal və uydurma olaraq qalmaqdadr.
Ən gülünc isə Paşinyanın, “2050-ci ilə qədər Ermənistan ordusunun dünyanın ən döyüşə hazır iyirmi ordusu sırasına daxil olacağı barədə sayıqlamaları hesab olunur. Çünki, əvvəla bunun üçün səfalət içərisində olan ölkənin büdcəsi yetərli deyil. Digər tərəfdən də erməni cəmiyyəti şahidi oldu ki, Nikolun ordu dediyi Azərbaycan Ordusu qarşısında 44 gün belə davam gətirə bilmədi və başda elə baş nazirin özü olmaqla, “ordusu” da diz çökdü. Ermənistan hakimiyyətinin xəyalları ilə deyil, bu reallıqla qarşılaşan erməni cəmiyyətinin daha uydurmalara inanmadığında, ölkəni tərk etməsində qeyri-adi heç nə yoxdur, çünki ümidsizlik girdabında olan, yoxsulluq içərisində inləyən insanlar hara isə üz tutmalıdırlar. Ermənistan vətəndaşları ən azından yaşamaq istəyindədirlər, onların qarınlarını doydurmaq üçün yağlı sözlər, yalançı vədlər, xəyallar kifayət etmir. Bir də axı bu ölkə vətəndaşlarının mədələri belə boş-boş sözlərə, vədlərə görə çoxdandır boş qalıb və aclıq, səfalət həmin o vətənsizləri çoxdandır ki, dərbədər edib ölkədən və hələ də etməkdədir. Belə getsə, yaxın zamanda işğalçı ölkədə bir Paşinyan özü qalacaq, bir də onun sözlərinə çəpik çalan komandası. Belə bir demoqrafik problem qarşısında qalan ölkə hakimiyyəti, yaxud ictimaiyyəti dərindən düşünüb-daşınmalı, daşı ətəyindən toküb razılığa gəlməli idi, xam xəyallara düşməli yox, halbuki kimsə belə bir niyyətin olduğunu belə görmür.
Əlbəttə ki, ermənilər ayda yaşamırlar və ölkə daxilində nələrin baş verdiyini, ölkənin də vətəndaşların da hansı hala düşdüyünü, səfaləti, rəzaləti görürlər. Həyəcan təbili çalan bir çox erməni əsilli bu sahənin mütəxəssisləri deyəni sözsüz ki, işğalçı ölkə hakimiyyəti eşidir. Məsələn, “Gələcək Erməni” İnkişaf Fondunun əhalinin artımı üzrə ekspert komitəsinin rəhbəri, “Orran” xeyriyyə təşkilatının rəhbəri Armine Hovhannisyanın fikrincə, Ermənistan əhalisinin artımını təmin etmək ciddi vəzifədir. Ermənistandan milyonlarla insan mühacirət edə bilər. Onun sözlərinə görə, bu halda ölkə əhalisinin sayı 2 milyon nəfərdən az olacaq. O qeyd edib ki, Ermənistandan insanlar böyük sürətlə mühacirət edir, onları saxlamaq mümkün olmayıb və belə getsə olmayacaq da. Həqiqətən də Ermənistanın üzləşdiyi demoqrafik problem çox ciddi məsələdir, Armine Hovhannisyanın erməni qadınlarının 3-4 uşaq dünyaya gətirmək təklifi ilə həll edilən deyil, çünki həmin o 3-4 uşaq da mühacirət məcburiyyəti qarşısında qalacaq.
Nikol Vovayeviç hansı 5 milyondan dəm vurur? Görünən odur ki, 2050-ci ilə qədər onun ölkəsində bir milyondan da az erməni qala bilər. 5 milyon vətəndaşı xəyal etmək pis arzu deyil, amma arzu edəndə də reallığa uyğun etmək pis olmaz. Ən azından Paşinyan dərk etməlidir ki, əhali artımı üçün ümdə şərtlər var və təhlükəsizlik, səhiyyə, iqtisadiyyat, təhsil kimi məsələləri özündə cəmləşdirir, halbuki, onun hakimiyyəti də əvvəlkilər kimi bunlara nail ola bilməyib. Daxilində xaos hökm sürən bir ölkədə utanmadan, qızarmadan “revanşizm” adlandırdıqları xəstə təxəyyül ortaya atılıb və bu vəziyyətdə təhlkəsizlikdən danışmağa dəyməz, çünki belə bir axmaqlıqları müqabilində üzləşəcəkləri bəllidir. Deməli, bu ölkənin əməlli-başlı problemləri var və əhalisi elə haqlı olaraq Ermənistanı tərk edir, onsuz da həmin torpaqlar onların heç vətəni də deyil. Məsələ burasındadır ki, bir dövlət olaraq Ermənistan problemlə, demoqrafiq problemlə qarşılaşıb və bu çox ciddi problemdir. Belə bir problemi olan ölkə hakimiyyətinin, yaxud oradakı hakimiyyətə həris qüvvələrin başqa xam xəyallara düşməyə nəinki haqları, heç vaxtları da yoxdur.
İndi Ermənistanın hökumət başçısına belə bir sual verməyin tam zamanıdır ki, görəsən ölkəsi 2019-cu ildə onun tərəfindən elan edilmiş ssenari üzrə hərəkət edirmi və hansı uğurlar var? Bəlkə başda elə baş nazirin özü olmaqla hər şey unudulub? Bəlkə də erməni qadınlarına 3-4 uşaq dünyaya gətirmək “tapşırığı” verilə bilər və onlar da bunu edə bilərlər, amma axı bu uşaqları yedirmək, ərzaqla, geyimlə, vacib həyati ehtiyaclarla təmin etmək gərəkir və buna erməni baş nazir və onun hakimiyyət komandası, ümumilikdə Ermənistan dövləti hazırıdırmı? Belə bir vəsait, büdcə bu ölkədə varmı? Yaxud gözlənilirmi? Bu uşaqlar ən vacib ehtiyaclarının təmin olunmayacağı ölkədə yaşaya, qala bilərlərmi? Ola bilsin ki, Paşinyanın sözügedən o qondarma, uydurma, yalan strategiyasını eşindənlərin böyük əksəriyyəti 2050-ci ilə qədər yaşamaya və dedikləri də unudula, yaddan çıxa bilər. Bəlkə də Paşinyan elə buna görə 2019-cu ildə belə bir tarixi intervalı seçib və unudulacağını düşünüb. Amma görəsən bu baş nazir onu da düşünübmü ki, Ermənistan üzləşdiyi demoqrafik problemlərlə, ümumiyyətlə, bu qədər saysız-hesabsız problemlərlə 2050-ci ilə qədər mövcud ola biləcəkmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB