X Qlobal Bakı Forumunun Azərbaycan üçün əhəmiyyəti NƏDİR? - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
“X Qlobal Bakı Forumu vacib bir tədbirdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Millət vəkili qeyd edib ki, bu forum nəticəsində dünyanın keçmiş prezidentləri, nazirləri və tanınmış xadimlər Azərbaycana gələrək, ölkəmiz barədə məlumatlanırlar: “Həmçinin bu forum Azərbaycanın beynəlxalq tədbirlər platformasına çevirməsində mühüm rol oynayır. Dünyanın aparıcı insanlarının Bakı şəhərinə gəlməsi və burada iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur. Bu da o deməkdir ki, Azərbaycanın səsi bütün dünyada eşidilir və biz öz həqiqətlərimizi forumda iştirak edən insanların dili ilə bir daha bütün dünya ictimaiyyətinin nəzərinə çatdırmış oluruq. Məhz bu səbəbdən bu forum müstəsna rol oynayır. Bu gün Bakıda bu qədər insanın toplanması təbii ki, vacib bir hadisədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB