“Rusiyanın Ukraynada Qərblə apardığı müharibə vəziyyətində Ermənistanla münasibətləri gərginləşdirməyə ehtiyacı yoxdur. BMT-nin Baş Assambleyasında Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən ölkələr sırasında Ermənistan bitərəf qaldı. Bu da Rusiyanın Ermənistanla müəyyən razılığa gəldiyindən xəbər verir”. Bu fikirləri Elşən Manafov açıqlamasında deyib.
O bildirib ki, Ermənistan Rusiya ilə bağladığı sazişlərin öhdəliklərini yerinə yetirmir: “Əlavə olaraq, Rusiyaya zidd hərəkət edərək Ermənistana Avropa İttifaqının müşahidəçilərini gətirdi. Ermənistanın anti-Rusiya siyasəti fonunda Rusiya rəsmilərindən kəskin mesajlar gəlir. Bir müddət öncə isə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrəvana xəbərdarlıq etdi. Ermənistanın anti-Rusiya siyasətindən dönməyəcəyi təqdirdə, müstəqilliyini itirə biləcəyi mesajını verdi. Azərbaycanın yeganə istəyi regionda sülhün təmin olunmasıdır. Separatçı rejimin hərbçilərinin Qarabağdan çıxarılmasından sonra Azərbaycan-Ermənistan arasındakı münaqişənin sülhə çevrilməsi yolunda müsbət addımlar atıla bilər. Azərbaycanın bu yolda uğurlu addımları var. Paşinyan dəfələrlə Qarabağın Azərbaycana aid olduğunu etiraf edib. Son uğurumuz isə Azərbaycanın tələbi ilə Vardanyanın vəzifədən uzaqlaşdırılması oldu”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB