“Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulub. Həmin tarixdən başlayaraq təşkilatın inkişaf və güclənməsinə öz töhfəsini verir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyinə başladı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir: “Rəhbərlik etdiyi dövrdə fəaliyyətini uğurla davam etdirdi. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində vaksinlərin ədalətsiz bölgüsünə etiraz mahiyyəti daşıyan qətnamə qəbul edildi.Azərbaycanın bu istiqamətdə fəallığı və gördüyü işlər nəzərə alınaraq keçən il Azərbaycanın təşkilata sədrliyi daha bir ildə uzadıldı.Bu müddətdə Azərbaycan öz fəaliyyətini qoruyaraq Qoşulmama Hərəkatının Parlament və Gənclər şəbəkəsinin yaradılmasına nail oldu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan təşkilat çərçivəsində fəaliyyətini tam uğurla davam etdirir. Prossesə öz töhfəsini verir .Ölkəmizdə Covid-19 pandemiyasına qarşı təmas qrupunun sammiti xüsusi əhəmiyyət daşıyır. Bu Azərbaycana göstərilən etimadın növbəti təzahürü və göstəricisidir”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.Hərəkat özündə dünyanın 120 ölkəsini birləşdirir.Üzv olan ölkələr Azərbaycanın mövqeyini dəstəkləyirlər.

Ölkəmizin Qarabağ və digər məsələlərlə bağlı mövqeyini dəstəkləyərək onun yanında olublar.”-deyə Millət vəkili qeyd edib.

Haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdlər edilsə də, həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycana qarşı yönəlmiş əməllərin qarşısını aldılar. Bununla da ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumu fiaskoya uğradı.

2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə