“Azərbaycan BMT-nin bütün təşkilatlarında yaxından iştirak edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan BMT-nin bütün təşkilatlarında yaxından iştirak edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“31 ildir ki, Azərbaycan BMT-yə üzvdür və bayrağımız dünya ölkələri bayrağı arasında dalğalanır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu 31 ildə Azərbaycan dünya ölkələri boy sırasında özünə layiq yerini tuta bilib: “Yenicə müstəqilliyə qovuşmuş ölkəmiz BMT-yə üzv olmaqla dünya ölkələri ilə əməkdaşlığının genişlənməsinə yol açıldı”.

Deputat sözlərinə belə davam edib: “Bu beynəlxalq təşkilata üzvü olduğumuzda ilk gündən məqsədimiz ölkəmizin ədalətli səsini dünyaya çatdırmaq və ədalətsizliyə qarşı səslərini çıxarmağına çağırışlar etməklə bağlı olub. Məhz 1992-ci ildə Ermənistanın işğalçı qüvvələrini ərazilərimizdən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT TŞ-da 4 qətnamə qəbul olunmuşdu. Amma təəssüf ki, BMT TŞ-sı qəbul etdiyi qətnamələrin icrasına selektiv yanaşır. Belə ki, bəzi ölkələrlə bağlı qəbul olunan qətnamələr dərhal icra olunur, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul olunmuş qətnamələr 27 il icra olunmadı və Azərbaycan bu pozulmuş hüququnu güc yolu ilə bərpa etməyə məcbur oldu.

Azərbaycan BMT-nin bütün təşkilatlarında yaxından iştirak edir. O cümlədən 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvlüyünə seçildi və müəyyən müddətə sədrilik etdi. Bu gün isə Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq yeni dünya nizamının yaranmasına və BMT TŞ-da islahatların aparılmasına çağırışlar edir. Təbii ki, burada məqsədimiz dünyada beynəlxalq hüququn işlənməsinə, selektiv yanaşmaların aradan qaldırılmasına və ədalətli qərarlar qəbul edilərək icra olunmasına töhfə verə bilən yeni bir nizamın formalaşdırılmasına səslənirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə