Ekoaksiya nə ilə nəticələnəcək? - KOMİTƏ SƏDRİ DANIŞDI

“Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası Azərbaycanın ictimai fəallarının öz təşəbbüsü ilə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, xüsusilə bir neçə mədənimizin istismar olunaraq yük maşınları vasitəsi ilə Azərbaycandan kənara daşınması və bizim ekoloqlarımızın bu ərazilərdə monitorinqlər təşkil etməsinə yox deyilməsi eyni zamanda rus sülhməramlılarının komandanının da qaçıb gizlənməsi bizim eko-fəallarımızı fəaliyyətə gətirdi: "Hesab edirəm ki, bu haqlı bir tələbdir və biz Laçın kalidoru vasitəsi ilə Rusiya sülhməramlılarının təsir dairəsində olan ermənilər üçün silah-sursatın daşınması, qanunsuz əcnəbi vətəndaşların ora gəlməsi, digər dövlətlərin hərbi mütəxəssislərinin, terrorçu ünsürlərinin bölgəmizə giriş-çıxışının qarşısını almaq istəyirik. Həmçinin bir daha göstəririk ki, biz torpaqlarımızın sahibiyik, bu torpaqlarda hər hansısa bir fəaliyyətə başlanılması yalnız Azərbaycan dövlətinin istəyi ilə razılaşa bilər. Lakin separatçılar bölgəmizi zəbt edərək, istismar edirlər.

Fikrimcə, aksiya öz təsirini artıq göstərib. Biz bu proseslər davam etdikcə istəklərimizə nail olacayıq. Artıq müəyyən qanunsuz ünsürlərin giriş-çıxışlarının qarşısı alınıb. Düşünürəm ki, aksiya rus sülhməramlılarının Azərbaycanın dövlət strukturlarının bölgədə fəaliyyət göstərməsinə şərait yaradacaqları günə kimi davam etməlidir. Həmçinin Laçın kalidoru boyunca həm Azərbaycan, həm Ermənistan tərəfdə sərhəd keçid məntəqələri yaradılmalıdır. Çox təəssüf ki, Ermənistan tərəfi bu halların həyata keçirilməsinə mane törədir. Onlar hesab edirlər ki, bizim bölgəmizə rahat şəkildə girib çıxmalıdırlar. Lakin bu bir xülyadır. Biz maneəsiz gediş-gəlişlərin nəticəsini gördük. 2021-ci ildə üçtərəfli bəyanatdan sonra belə ötən ilin avqust ayında biz Laçına və Kəlbəcər ərazisinə 2021-ci ilin istehsalı olan minalar aşkar etdik. Bu da onu göstərdi ki, Ermənistan üçtərəfli anlaşmadan sonra belə Azərbaycan ərazisində ölümə səbəb olan minaları yerləşdirməyə nail olub”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə