“İran Azərbaycana təhdid dili ilə addım atır” - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“İran Azərbaycana təhdid dili ilə addım atır” - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“İranın molla rejimi bərqərar olduğu gündən bəri əsas siyasəti terrorçulara dəstək vermək, bölgədə terrorçu qruplaşmalar yaratmaq və onlara qucaq açmaq olub. Əsas məqsədləri isə bölgə ölkələri, xüsusilə də qonşularını daim təhdid altında saxlamaq, özlərinin yaratdağı İslam inqilabını genişləndirmək və onu qonşu ölkələrə də ixrac etməkdən ibarət olub”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, bütün dünya onların bu əməllərinin şahididir.

İranın Azərbaycana qarşı olan nifrəti, ölkəmiz və xalqımıza olan düşmənçilik hissi ilə əlaqədardır. 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğal edilməsi prosesində İran xüsusilə iştirak edib. Xüsusilə də 1990-cı illərdə Azərbaycan torpaqlarının işğal edilməsində İranın xüsusi xidmət orqanlarının rolu olub. Onlar hər zaman Ermənistanı dəstəkləyib və onlarla çox sıx əlaqələr yaradıblar.

Azərbaycan 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq torpaqlarını azad etdikdən sonra bölgədə yaranan yeni reallıqlar əlbəttə İranın maraq dairəsində olmadı. İran heç bir halda bu reallıqları qəbul edə bilmir. Bütün bunların məntiqi nəticəsi olaraq bir müddət öncə Azərbaycanın İrandakı səfirliyinə qarşı İran xüsusi xidmət orqanlarının terrorunun şahidi olduq. İran bu gün də bəd əməllərindən əl çəkmir, Azərbaycana təhdid dili ilə addım atır. Amma İran unudur ki, Azərbaycan 1990-cı illərdəki kimi zəif deyil, hazırda güclü və bölgədə öz sözünü demiş bir dövlətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə