"Türkiyə-Azərbaycan qardaşlığı sağlam təməllər üzərində qurulub" - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Türkiyə zəlzələ nəticəsində əsrin ən böyük fəlakəti olaraq dəyərləndirilən dəhşətli hadisə yaşadı. Millət və dövlət olaraq çox sıxıntı yaşadıq və bu problemlərin ortadan qaldırılması üçün ölkəmiz tək ürək oldu. Bununla yanaşı, beynəlxalq səviyyədə bir sıra ölkələr Türkiyəyə kömək əli uzatdılar. Amma onların içərisində xüsusilə ayırdığımız qardaş ölkə Azərbaycanın göstərdiyi həssaslıq və yardımlar bizim üçün çox doğmadır". Bu sözləri SİA-ya açıqlamasında türkiyəli politoloq, uzun illər Türkiyə siyasətində aktiv rol almış Cihat Rahmi Akar deyib.
Onun sözlərinə görə, xüsusilə Rəcəb Tayyip Ərdoğanın bu son zəlzələ ilə bərabər çox böyük bir sıxıntı və üzüntü içində olması, bu sıxıntıların içində Türkiyədəki bəzi qüvvələrin xaos yaratması, onların atdığı böhtanlar, xalqı ayağa qaldırmaq üçün danışdıqları yalanlar qarşısında böyük bir mücadələ edir. Bütün bunların fonunda prezidentimizin yanlız olmadığının, qardaş ölkə Azərbaycanın daim ölkəmizin yanında olduğunun göstəricisi olaraq cənab İlham Əliyevin Türkiəyə etdiyi ziyarət böyük əhəmiyyət daşıyır.
Cihat Rahmi Akar sözlərinə belə davam edib: "Bu ziyarət həm də qonşu ölkələrə bir mesajdır. Bu ziyarətlə Azərbaycanın qardaş ölkə Türkiyənin yanında olduğu bir daha sübut olundu. Qardaşlığımız daimidir. Bir yumruğuq və bu hər kəsə bəlli olmalıdır. Türkiyə-Azərbaycan qardaşlığı çox sağlam təməllər üzərində qurulub və heç bir zaman sarsılmayacaq.
Türkiyə zəlzələ səbəbindən fəlakət yaşayır. Lakin bununla yanaşı ölkəmiz seçim müddətindədir. Bu müddətdə də prezidentimizin narahatlığı üçün bəzi qüvvələr öz mənfi əməllərinə əl atırlar. Cənab İlham Əliyevin bu müddətdə ölkəmizə etdiyi ziyarət çox böyük mahiyyətə malikdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB