Maqsud İbrahimbəyov İsveçdə səfərdə olarkən görür ki, bir film göstərirlər. Guya sumqayıtlılar doğum evinə hücum edib oradakı erməni qadınlarının qarınlarını kəsiblər. Qadınların qarınlarından uşaqları çıxarıb kabab ediblər. O da buna öz etirazını bildirir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni İTV-nin efirində yayımlanan "Diqqət mərkəzi" verilişində səsləndirib.
Rauf Zeyni bildirib ki, Sumqayıt hadisələrinə hüquqi-siyasi qiymət verilməlidir. Çünki qeyd olunanlar azərbaycanlılara, sumqayıtlılara qarşı təxribatdır.
"Biz həmin vaxt çalışdıq ki, Sumqayıt hadisələrinə qiymət verilsin. Amma cəhdlərimizin qarşısı hər dəfə alınırdı. 1992-ci il sentyabrın 29-da mənim təşəbbüsümlə ilk dəfə şəhər sovetinin qərarı ilə Sumqayıt hadisələrinə hüquqi-siyasi qiymət verilmək üçün komissiya yaradıldı”, - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB