Prezident: Bizdə hələlik işlərin o qədər fəal getmədiyi sahələr də diqqətimizdən kənarda qalmır

Prezident: Bizdə hələlik işlərin o qədər fəal getmədiyi sahələr də diqqətimizdən kənarda qalmır

Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə