Xırdalan şəhəri üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının Xırdalan şəhəri üzrə 36 saylı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Daha sonra çıxış edən Abşeron rayonu Mədəniyyət şöbəsinin müdiri Qafarova Samirə və Məlikov Fikrət çıxışlarında bildirdilər ki, ölkəmizin əldə etdiyi uğurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası böyük siyasi qüvvəyə çevrilib. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Qafarova Samirə Bəylər qızı yekdilliklə ərazi partiya təşkilatının sədri, Vəliyev Elvin Yelmar oğlu isə sədr müavini seçilib.
İlham
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB