Mingəçevir şəhəri Avropanın enerji təhlükəsizliyinə mühüm töfhə verəcək ŞƏRH

Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir və burada fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkənin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçevir nəinki Azərbaycanın, ümumilikdə Qafqazın enerji mərkəzinə çevrilməsi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində mümkün olmuşdur ki, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Ötən 20 il ərzində inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilmişdir. Məhz bu uğurların əsasında isə həyata keçirilən uzaqgörən, düşünülmüş və çoxşaxəli dövlət siyasəti dayanır.

Xüsusi qeyd etməliyəm ki, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Əhalinin təbii qazla təchizatı fasilələrlə həyata keçirilirdi. Ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gündə Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən inkişafa yönəlik dövlət siyasətinin proritet istiqamətlərindən birinə çevrildi. Ölkəmizdə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilməsi bunun nəticəsidir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın regionda elektroenergetika mərkəzi kimi önəmini daha da yüksəldəcək. Bu ilin fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilmişdir. Mingəçevir nəyinki Azərbaycanın, ümumilikdə Qafqazın enerji mərkəzi kimi şöhrətinə daha da artıracaqdır. Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən təşəbbüsü Ulu Öndər Heydər Əliyev tərəfindən olmuşdur. Məhz Ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçe-virdə böyük elektrik stansiyasının təməli atılmışdır.Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. 2018-ci ildə isə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başladı. İki ildə 8 blok tamamilə yenidən quruldu və istifadəyə verildi. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başladı və 2400 meqavat generasiya gücünə malik oldu. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi.

44 günlük Vətən müharibəsi dövründə Mingəçevir Elektrik Stansiyasının əhəmiyyəti bir daha özünü göstərdi. O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutmuşdu.Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Lakin buna nail ola bilmədi. Həmin dövrdə məğlub Ermənistan müharibə qanunlarına zidd olaraq mülki obeyktləri, eyni zamanda, Mingəçevir Elektrik Stansiyasını da hədəfə alırdı. Qazanılan zəfər isə ölkəmizin həyatında yeni inkişaf mərhələsinin başlanğıcını özündə əks etdirdi. Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır.

Qeyd etməliyəm ki, Azərbaycan öz imkanlarından maksimum tam istifadə edərək həm daxili tələbatı, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha geniş və daha böyük addımlar atacaq. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olması, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilməsinə gətirib çixaracaq. Azərbaycan qazına Avropa məkanında çox böyük tələbat olduğunu nəzərə alsaq, bu, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi olacaq. Prezident cənab İlham Əliyevin göstərişi ilə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biridir və bu prosesə 2018-ci ildə tamamilə yenidən qurulması başlayıb. Çox az bir müddət ərzində artıq 8 blokun tamamilə yenidən quruldu və istifadəyə verildi. Artıq 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində ümumilikdə 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi ki, bu da yeni bir böyük stansiyanın tikintisi mənasını kəsb edir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə