Zəlzələdə həlak olanların xatirəsi YAP fəalları tərəfindən anılıb FOTOLAR

Zəlzələdə həlak olanların xatirəsi YAP fəalları tərəfindən anılıb FOTOLAR

Gəncə şəhərində Türkiyə Respublikasının konsulluğunda zəlzələdə həlak olanların xatirəsi YAP Şəmkir rayon təşkilatının fəalları tərəfindən anılıb.Anım tədbirində YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak edib. Tədbir iştirakçıları Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun önündə yaradılan guşənin önünə gül dəstələri düzüblər. Tədbirə qatılanlar Türkiyənin Gəncədəki Baş Konsulluğunun əməkdaşları ilə görüşərək onlara başsağlığı veriblər. Zəlzələ nəticəsində həlak olanlara rəhmət, yaralılara tez bir zamanda şəfa diləyiblər. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev matəm kitabına ürək sözlərini yazıb.Sonda Baş Konsulluğun əməkdaşları göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə