"Ölkəmizdə baş verənlər Azərbaycan xalqının ürəyini sızladır" - TÜRK POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Ötən gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olaraq çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Onun söylədiyi sözlər "İki millət, tək dövlət" olduğumuzun bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında türkiyəli politoloq, uzun illər Türkiyə siyasətində aktiv rol almış Cihat Rahmi Akar deyib.
Onun sözlərinə görə, bütün bunlar Azərbaycanla Türkiyə arasında qardaşlıq bağının güclü olduğunun göstəricisidir: "Hər kəs gücünün yetdiyi yardımı etmək üçün səfərbər olub. Azərbaycanlılar buna çox həssaslıqla yanaşır. Ölkəmizdə baş verənlər Azərbaycan xalqının ürəyini sızladır. Bunu cənab İlham Əliyev də dilə gətirdi".
Cihad Rahmi Akar sözlərinə belə davam edib: "Cənab İlham Əliyevin etdiyi açıqlamaları alqışlayırıq. Münasibətlərimiz çox yaxşı şəkildə davam edir.
Azərbaycanda baş tutan yardım kampaniyaları münasibətlərimizin çox sağlam təməl üzərində qurulduğunu bir daha sübut edir. Bu vəsilə ilə biz də cənab Prezident İlham Əliyev başda olmaqla ölkəmizdəki acını öz acıları hesab edən azərbaycanlı vətəndaşlarımıza sevgi və hörmətimizi yollayırıq. Allah sizdən razı olsun. Allah türk dünyasına kömək etsin.
Biz birlik və bərabərliklə bütün bunların üstəsindən gələcəyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB