"Beynəlxalq təşkilatlara bəşəri ədalət və həqiqət lazım deyil" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ MÜNASİBƏT BİLDİRDİ

"Beynəlxalq təşkilatlara bəşəri ədalət və həqiqət lazım deyil" - MİLLİ QHT FORUMUNUN PREZİDENTİ MÜNASİBƏT BİLDİRDİ

“Biz işğala etiraz etdik. BMT qətnamələrini özü icra etmədi. Axırda da Azərbaycan məcbur oldu ki, BMT-nin qətnamələrini icra etsin və hərbi yolla torpaqları işğaldan azad etdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

Onun sözlərinə görə, ekofəallar iki aydır ki, orada qarlı-şaxtalı havada dünyaya səslərini çatdırırlar: "Düzdür, səsimiz gedib dünyaya çatır. Lakin beynəlxalq təşkilatların, əlaqədar qurumların reaksiyası yoxdur. Bu da aydın məsələdir. Çünki onlar öz və qrup maraqlarından çıxış edirlər. Bəşəri ədalət və həqiqət onlara lazım deyil".

Rauf Zeyni sözlərinə belə davam edib: "Onlar ya erməni lobbisinin təsiri altındadır, ya da digər lobbilərin maraqlarına xidmət edirlər. Ona görə də ekofəalların səsi duyulur. Lakin onlar bilir ki, biz və bizim aksiyamız haqlıdır. QHT-lər və ekofəallar həqiqəti deyir, beynəlxalq cinayəti üzə çıxarır, təbii sərvətlərimizin qanunsuz istismarını dünyanın informasiya şəbəkələrinə çatdırır.

Bütün bunlarla bərabər ekoloji aksiya öz effektini verdi. Bütün dünya bu problemi bildi. Hətta Vladimiz Putin bu məsələ ilə bağlı cənab Prezident İlham Əliyeva zəng etdi.

Beynəlxalq təşkilatların buna nə zaman reaksiya verəcəyi məsələsi isə yaxın zamanda öz əksini tapacaq. Çünki ya regionda və bölgədə olan ölkələr sülh, əmin-amanlıq, sabitlik şəraitində yaşamalıdır, ya da ki, növbəti müharibənin olmasını istəyir və bunu da açıq şəkildə etiraf edirlər. Onlar bir tərəfdən sülh sazişindən danışır, digər tərəfdən də silah-sursat daşıyırlar. Bu yoldan ikisindən biri seçilməlidir. İstəmirlərsə, açıq şəkildə desinlər ki, "Biz sülh istəmirik".

Bu məqamda aksiya davam etməlidir. Mən orada olan QHT-lərin və gənclərin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Biz bu aksiya ilə kifayətlənməməliyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə