VARDANYAN QAÇDI: kirli portyankaların və tər qoxusu verən uniformaların içində! TƏRS BAXIŞ+ÖZƏL
Yaxud, “Vardanyan layihəsi”ni rəsmi şəkildə başa çatmış hesab etmək olar
Beləliklə, erməni KİV-lərində belə bir informasiya sızıb ki, Rusiyanın Ermənistandakı mövcud Paşinyan iqtidarını devirmək məqsədi ilə hazırladığı və tramplin qismində Qarabağa göndərdiyi Vardanyan layihəsi fiaskoya uğrayıb. Fakt isə budur ki, qanunsuz yollarla Xankəndiyə yerləşdirilən qondarma “dövlət naziri” Ruben Vardanyan Moskvadadır.
O, Moskvaya heç də başıdik şəkildə getməyib...
Lakin daha bir fakt da budur ki, Vardanyan Moskvaya heç də başıdik şəkildə getməyib, o sadəcə aradan çıxıb. Artıq bir sıra etibarlı məlumat mərkəzləri də qeyd edirlər ki, Vardanyan Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingentinə (RSK) məxsus yük maşınlarından birinin banında qaçıb, özü də hərbçilərin utilizasiyaya verilmiş uniformalarının içində - kirli portyankaların, tər qoxusu verən alt paltarlarının arasında. Necə deyərlər, onlarla birlikdə utilizasiyaya məhkum olunub...
Daha sonra isə onu İrəvanın “Zvartnots” hava limanından Moskvaya göndəriblər ki, getsin xozeyinlərinə uğursuzluqlarının səbəblərini izah etsin. Artıq bütün bu reallıqları nəzərə almaqla nəticə hasil edə bilərik ki, “Vardanyan layihəsi”ni rəsmi şəkildə başa çatmış hesab etmək olar. Özü də Azərbaycan xalqının, ən əsası isə Müzəffər Ali Baş Komandanın dəmir iradəsi hesabına!
“Casus belli” səviyyəsi
Yox, əgər Vardanyan yenidən xozeyinlərinin əmri ilə ikinci dəfə Qarabağ geri dönməyə cəhd edərsə, hansı ki, bu cəhdin özü çox az ehtimallıdır, bax onda həmin addım rəsmi Bakı tərəfindən “casus belli” (Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin. Müharibə elan etmək üçün formal səbəb. Müasir tarix elmində geniş istifadə olunaraq, müharibəyə daxil olmaq şərtini bildirən “casus foederis”lə müqayisə edilir –R.R.) səviyyəsində ölçüləcək, eləcə də Silahlı Qüvvələrimizin müvafiq qaydalı və ildırım sürətli fəaliyyəti ilə nəticəsini tapacaq. Buna isə qətiyyən və əsla (!) şübhə yoxdur!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB