YAP Laçın rayon təşkilatının hesabat yığıncağı keçirilib FOTOLAR

2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 39 və 50 saylı ərazi partiya təşkilatlarında hesabat yığıncağı keçirilmişdir.Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, ərazi partiya təşkilatlarının fəalları iştirak etmişdir.Ərazi partiya təşkilatlarının sədrləri 2022-ci ildə görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib və hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.Çıxış edənlər Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən, qısa müddətdə bütün təhlükələri dəf edərək ölkəni inkişaf yoluna çıxarmasından ətraflı danışmışlar. Ulu öndərmizin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğu, sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıldığı, dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildiyi diqqətə çatdırılmışlar. Qeyd etmişlər ki, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası 7 ci qurultaydan sonrakı dövrdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə daha inamla irəliləyir. Hesabat dinlənildikdən sonra, qənaətbəxş hesab edilmiş və ərazi partiya təşkilatlarının 2023-cü il üzrə Tədbirlər Planı partiya üzvləri tərəfindən yekdilliklə qəbul olunmuşdur.YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov ərazi partiya təşkilatlarına öz tapşırıq və tövsiyələrini vermiş və uğurlar arzulamışdır.

Sonda fəaliyyətinə görə fərqlənən bir qrup üzv fəxri fərmanlarla mükafatlandırılmış və partiyaya yeni qəbul olunmuş bir neçə üzvə üzvlük vəsiqələri təqdim edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə