Ceyhun Bayramov səfirliyimizə hücum zamanı yaralananlara baş çəkib - XİN
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət alan Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.
Nazir onlara şəfa arzulayıb. Həmin görüntüləri təqdim edirik:
Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB