Haaqa prosesi - Bakının İrəvana qarşı iddiaları nəticəsini verir PROSES+ŞƏRH
Ermənistan bu dəfə BMT-nin Beynəlxalq İnsan Haqları məhkəməsində rüsvay oldu
Əslində, Ermənistan rəhbərliyi özü-özünü çətin vəziyyətə salıb. Yəni Azərbaycana qarşı əsassız iddialar qaldırmaqla BMT-nin İnsan Haqları Məhkəməsində, sözün əsl mənasında, rüsvay olub. Rəsmi İrəvanın Laçın-Xankəndi yolu ətrafında, daha dəqiq desək, orada keçirilən ekoaksiya ilə bağlı qaldırdığı isterik səs-küyü isə İnsan Haqları Məhkəməsi tərəfindən arqumentli suallarla cavablandırıldı. Bəs həmin proses zamanı kimlər hansı faktları irəli sürməklə Ermənistanı dalana dirədi?

Azərbaycanın mövqeyini müdafiə edən professor Piter Qoldsmit əsaslı faktları ortaya qoyub
Misal üçün, BMT-nin İnsan Haqları Məhkəməsində Azərbaycanın mövqeyini müdafiə edən professor Piter Qoldsmit məhz faktlar və sübutlar əsasında Laçın yolu ilə bağlı bir sıra mühüm məqamlara toxunub. O, məhkəmə prosesində Beynəlxalq Qırmızı Xaç Təşkilatına və Rusiya sülhməramlıları kontingentinə məxsus humanitar məqsədli yük maşınlarının Laçın yolundan keçdiyini əks etdirən videomateriallar təqdim edib.
İnsan Haqları Məhkəməsini güldürən erməni iddiası – ekoaksiyaçı gənclər “qorxulu bozqurdlar imiş” (?!)
Lakin maraqlıdır ki, təqdim edilən kifayət qədər əsaslı faktlara rəğmən, erməni tərəfinin mövqeyindən çıxış edən professor Linos-Aleksandr Sitsilianos sözügedən prosesdə növbəti dəfə və əslində, boş yerə “qorxulu nağıllar” danışmağa başlayıb.

Məsələn, onun əsassız iddiasına görə, sən demə, Laçın yolunda ekoaksiya keçirənlər heç də ekofəallar deyilmiş (?). Adıçəkilən şəxs əlində heç bir fakt, dəlil, isbat olmadan – (diqqət edin!) iddia edib ki, orada toplaşanlar “boz qurdlardır” (???!!!) Çox gülünc və istehza xarakterli iddianın ortaya atılması isə əlbəttə ki, erməni tərəfinin qeyri-ciddiliyindən məlumat verir. Əbəs deyil ki, onun iddiaları prosesdə iştirak edənlərin gülüşləri ilə müşahidə olunub və...
Və Azərbaycanın mövqeyini layiqincə müdafiə edən cənab Qoldsmit böyük ekran vasitəsi ilə müxtəlif vaxtlarda çəkilmiş azərbaycanlı ekofəalların fotoşəkillərini nümayiş etdirib. Məhz bu faktlardan sonra erməni tərəfi heç bir faktla çıxış edə bilməyib.
Rüsvayçı erməni isterikası beynəlxalq hüquq sisteminin zəhləsini tökməyə hesablanıb
Ən əsası isə vurğulanıb ki, Ermənistanın “blokada” və s. iddiaları ilə bağlı faktlarını prosesə təqdim etmək üçün dörd həftə vaxtı olub. Qoldsmit sual edib: “Hanı onlar? Hanı o sübutlar? Onun (erməni tərəfinin) 50 günü olub ki, müvafiq təşkilata Azərbaycanla bağlı öz dəlillərini gətirsin. Bəs hansı o dəlillər? Ermənistanın əsas müraciəti faktiki olaraq və sadəcə, çılpaq iddialara söykənir ki, Azərbaycan bu iddiaları qətiyyətlə rədd edir. Və Ermənistan öz iddialarını təsdiq edə biləcək heç bir sübutlar gətirə bilməyib”.
Beləliklə, Haaqa prosesində Azərbaycana qarşı iddia qaldıran Ermənistanın əlində əsasların olmaması İrəvanın özünün tələyə düşməsi ilə nəticəsini tapıb və bütün bunlardan sonra artıq beynəlxalq hüquq da açıq gözlə görür ki, rüsvayçı erməni isterikası beynəlxalq hüquq sisteminin zəhləsini tökməyə hesablanıb...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB