3500 nəfərlik terrorçuya verilən təlimatlar: qanlı Tehranın iç üzü! ANALİTİK+AKTUAL
Casus şəbəkəsi 1997-2011-ci illər aralığında İran tərəfindən hazırlanmış xüsusi proqram vasitəsi ilə fəaliyyətə keçiblər
Beləliklə, İrandan göndərilmiş casusların ifşaları davam edir. Dünya mediasının da diqqətini çəkən bu proses göstərir ki, Tehran rejiminin Azərbaycan vasitəsi ilə öz kirli geosiyasi maraqlarını genişləndirmək cəhdləri nəinki Cənubi Qafqaz regionuna, eləcə də bu regiondan istifadə edilməklə daha geniş arealı nəzərdə tuturdu. Daha dəqiq desək, İranın kəşfiyyat strukturları tərəfindən hazırlanaraq “şiəliyin təbliğatı” adı altında Azərbaycana atılan agentlər sonrakı müddətlərdə öz fəaliyyət çevrələrini daha da genişləndirməli idilər. Artıq bütün bunlar danılmaz faktlara söykənməkdədir.
Bu arada, Türkiyənin “Diriliş Postası” nəşrinin yazdığına görə, İran Azərbaycana “şiə informatorları” adı altında 3500 nəfərlik casus şəbəkəsi göndərib. Onlar isə müxtəlif adlar altında təbii ki, birbaşa Tehranın təlimatları ilə fəaliyyət göstəriblər – teoloqlar, siyasi analitiklər və şərhçilər, iqtisadçılar, mədəniyyət sahəsinin adamaları, təhlükəsizlik məsələləri üzrə şəxslər, vətəndaş və hərbi bürokratiyaya aid fərdlər.
Tehranda və Yaxın Şərq ölkələrində oturan bir sıra bəlli şəxslərin Azərbaycanda “kərimə dövləti” qurmaq yönündəki “moizələri” belə qənaətə gəlməyə zəmin yaradır ki...
Təbii ki, ifşa prosesində Azərbaycanın müvafiq güc və kəşfiyyat strukturları da casus şəbəkəsinin açığa çıxarılması baxımından yüksək peşəkarlıq nümayiş etdiriblər. Hansı ki, sözügedən şəbəkə 1997-2011-ci illər aralığında İran tərəfindən hazırlanmış xüsusi proqram vasitəsi ilə fəaliyyətdə olublar. Adıçəkilən nəşr də qeyd edir ki, buna baxmayaraq, 700 şiə informatoru Azərbaycanın hüdudlarını tərk etməyə nail olub. Və bu gün Tehranda və Yaxın Şərq ölkələrində oturan bir sıra bəlli şəxslərin Azərbaycanda “kərimə dövləti” qurmaq yönündəki “moizələri” də belə qənaətə gəlməyə zəmin yaradır ki, onların bir çoxu məhz həmin informatorlardır.

“Diriliş Postası”nın digər şərhi də diqqət çəkir. Misal üçün, nəşrin yazdığına görə, İran 1996-cı ildə “Azerbaijan Desk” adı altında ayrıca xüsusi təyinatlı bölmə də yaradıb. SİTAT: “İlk addım kimi iranlı xüsusi xidmət oraqnlarının iştirakı ilə “Şaziman-i İttilaat” və SEPAH tərəfindən 4 min kəşfiyyat zabiti seçilib. Onlar Azərbaycan dili, coğrafiyası və mədəniyyəti ilə bağlı xüsusi hazırlıqlar keçiblər”.
“Diriliş Postası”: “Kimlər ki, vətəndaşlıq hüququna malik olubsa, onlar daha strateji rayonlara göndəriliblər”
Göründüyü kimi, buradakı məqsəd əsas olaraq Azərbaycan cəmiyyətinin daxilinə sızmaq, o cümlədən Azərbaycanın ərazilərini tanımaqla həmin ərazilərdə kəşfiyyat işlərini aparmaq olub. Əbəs deyil ki, bütün informatorlar Bakıya daxil olublar və ilkin plan əsasında azərbaycanlı qadınlarla ailə həyatı qurublar. Nəşr bildirir ki, Azərbaycan qanunvericiliyinin tələblərinə görə, sonradan iranlı agentlərin vəzifə təlimatları dəyişdirilib və onlara nikah üzərindən ötən beş il müddətindən sonra vətəndaşlıq almaq hüququ sayəsində daha geniş imkanlar verilib. SİTAT: “Kimlər ki, vətəndaşlıq hüququna malik olubsa, onlar daha strateji rayonlara göndəriliblər”.
Nəticədə informatorların bir hissəsi kommersiya sferasına, başqaları mülki, hərbi və diplomatik sahələrə, digərləri isə QHT-lərə, mədəniyyət, incəsənət və ilahiyyat sahələrinə təyin olunublar.
Səfirliyimizə silahlı basqın edən terrorçu Yasin Hosseynzadənin qardaşı Rəhman Hosseynzadə kimdir?
Bir neçə gün əvvəl Tehrandakı Azərbaycan səfirliyinə edilən xain və qanlı terror aksiyasından sonra üzə çıxan faktlar da kifayət qədər diqqət çəkməyə başlayır. Bu gün israrla, təkidlə qanlı hadisənin “məişət zəminində” baş verdiyini iddia edən Tehranın molla rejimi öz yalanını bu gün də davam etdirməklə, əslində, özünü daha çox açığa çıxarmış olur. Halbuki, dəlillər, faktlar danılmaz sübutlar bir daha göstərir ki, bu hadisə İranın xüsusi xidmət orqanlarının idarə etdirdiyi casus şəbəkəsinin hazırladığı aşkar terror aktıdır!

Məsələn, məlum olub ki, səfirliyimizə silahlı basqın edən Yasin Hosseynzadə də bu komandanın üzvlərindədir. Onun qardaşı Rəhman Hosseynzadə isə Urmiyədə kitab ticarəti ilə məşğuldur və SEPAH kəşfiyyatının xüsusi əlaqələndiricilərindən biridir. Lakin yanvarın 27-də səfirliyimizə edilən hücumun məqsədi də ayrı idi. Yəni nəzərdə çox qanın tökülməsi planı dayanırdı. Terrorçu səfirliyə daxil olarkən səfirliyin bütün əməkdaşlarını qətlə yetirməli idi, sadəcə, azərbaycanlı diplomatların, eləcə də təhlükəsizlik xidmətinin qəhrəmancasına göstərdikləri müqaviməti bu planı pozdu.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173




USD
EUR
GBP
RUB