Mühacir Rusiyanı idarə etmək istəyir
Sahibkar Mixail Xodorkovski və şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov (hər ikisi Rusiyada xarici agent kimi tanınır) Ukrayna və ABŞ-ın qalib gələcəyi halda Rusiyanın gələcəyini necə gördüklərini danışıblar. Onlar Rusiya ordusunun maliyyəsini kəsməyi və Ukraynaya təzminat ödəməyi planlaşdırırlar.
“Hakimiyyətə gəldikdən dərhal sonra Dövlət Şurası Ukrayna ilə 1991-ci ildə ölkənin sərhədlərini tanıyacaq və dəymiş ziyanı ədalətli şəkildə ödəməklə sülh sazişi bağlayacaq. Sonra isə Dövlət Şurası silahlı qüvvələrin sayını və nəticədə onların saxlanması xərclərini azaltmaqla Rusiyanın demilitarizasiyasına başlayacaq”, - Xodorkovski və Kasparov Amerikanın “Foreign Affairs” jurnalı üçün məqalədə yazıblar.
Onların fikrincə, Dövlət Şurası FTX-ni (Federal Təhlükəsizlik Xidməti) ləğv edəcək.
Xodorkovski və Kasparov qeyd ediblər ki, hakimiyyəti ələ keçirdikdən sonra siyasi mühacirlər Rusiya prezidenti Vladimir Putindən sonra” zəifləmiş Rusiyaya qayıdacaqlar və hakimiyyətdə təmsil olunacaqlar: Onlar ölkəni parlament respublikasına çevirməyi və demək olar ki, bütün səlahiyyətləri regionlara verməyi planlaşdırırlar. Xodorkovski və Kasparov Ukraynada xüsusi əməliyyatı dəstəkləyən bütün tərəfləri sıradan çıxarmaq istəyirlər. Həmin "patriot"ların hərbi cinayətkar elan edilməsi planlaşdırılır. Həmçinin, Rusiya Abxaziya, Cənubi Osetiya, Dnestryanı və s. kimi “rusiyapərəst ərazi birləşmələrini” də təslim etməlidir.
Rusiya fevralın 24-dən Ukraynada xüsusi əməliyyat keçirir. Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denazifikasiyasının məqsədlərini bəyan edib. ABŞ və digər Qərb ölkələri bu münaqişədə Ukrayna Silahlı Qüvvələrini dəstəkləyir və Rusiyaya qarşı sanksiyalar tətbiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB