“Heydər Əliyev və Azərbaycan Gəncliyi” - Mingəçevirdə tədbir - FOTOLAR

31.01.2023-cü ildə YAP şəhər təşkilatı və 14 saylı ərazi partiya təşkilatı Tibb Kolleci ilə birgə 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbirdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şücaət göstərərək öz vətəndaşlıq borclarını yerinə yetirən qazilərimiz də iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Fikrət Zeynalov Ulu öndərin həyat və fəaliyyətindən geniş bəhs etdi.

Sonra YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ölkə başçısı möhtərəm Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilməsindən və bu il keçiriləcək tədbirlərin əhəmiyyəti barədə məlumat verdi. Təşkilatın sədri Bəxtiyar Mustafayev geniş məlumatla çıxış edərək Ulu öndər Heydər Əliyevin həyat yoluna nəzər saldı, Gənclər Gününün yaranması məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi və bu gündə gənclərimizə ölkə rəhbəri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin diqqət və xüsusi qayğısından bəhs etdi. O ölkə gənclərinə hər bir sahədə hörmətlə yanaşıldığını, onların daha məsul vəzifələrə irəli çəkildiyini nəzərə çatdırdı. Bu gün Azərbaycanın inkişafında, yüksəlişində gənclərin xüsusi xidmətləri olduğunu dedi.

Sonra Kollecin tələbələri Turanə Tağıyeva,Toğrul Abdullayev və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyi Mingəçevir şəhər təşkilatının sədr müavini, qazi Pərviz Məmmədov çıxış edərək arzularını bildirərək gəncləri təbrik etdi.Tədbirdə Ulu öndər və Azərbaycan Gəncliyi mövzusunda qısa videoçarx nümayiş etdirildi.

Tədbirin sonunda partiya üzvlüyünə yeni qəbul edilmiş bir qrup gəncə partiya vəsiqələri və Turanə Sarvan qızı Tağıyeva, Toğrul Kamal oğlu Abdullayevə isə partiyanın fəaliyyətində göstərdikləri fəallığa görə Təşəkkürnaməilə təltif edildilər.

Bütün xəbərlər Facebook səhifəmizdə