Qərbi Azərbaycan İcmasının müraciəti BMT sənədi kimi yayılıb TƏHLİL
Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bildirilib ki, müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur: “Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur icmamızı sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edir".
QƏRBİ AZƏRBAYCAN İCMASININ BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏTİ BMT SƏNƏDİ KİMİ YAYILIB
Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olaraq Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Belə bir deyim var: Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bəli, bunu Azərbaycan xalqı, bütün dünya gördü ki, Müdrik Lider, Böyük strateq, Qalib Sərkərdə Qarabağın 30 il davam edən işğalına Ali Baş Komandanımızın nəyi, nə vaxt edəcəyi ilə «Dəmir Yumruq» siyasətinə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu. Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə bir daha bu əminliyi ifadə etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız Qərbi Azərbaycana qayıdacaqlar. Bəli, dövlət başçımızın dediyi kimi: «Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bəli, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması, məhz dövlət başçımızın nəyi, necə, nə vaxt etməsinin göstəricisidir. Prezident İlham Əliyev cənablarının Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı yaddaqalan digər məqam isə, təşkilatın “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adının cari ilin avqust ayından Qərbi Azərbaycan İcmasına çevrilməsidir: «Bildiyinizə görə, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Həmin görüşdə dövlət başçımız bildirdi: “Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsənin Qayıdış Konsepsiyası ilə bağlı açıqlamasında bildirib ki, Konsepsiyanın hazırlanmasında əsas məqsədlərdən biri beynəlxalq təhlükəsizliyin təmin edilməsidir:"Bilirsiniz, qərbi azərbaycanlılar 1905-1906, 1918-1923, 1948-1953 və nəhayət, 1988-1991-ci illərdə öz yurdlarından qovulublar. Konsepsiya bu proseslər nəticəsində yurd-yuvalarından qovulmuş azərbaycanlıların və onların hüquqi varislərinin geri qayıtmasının təmin edilməsi, onların təhlükəsiz şəkildə yaşayışının təmin edilməsi, eyni zamanda, lazım olan iqtisadi-sosial təminatlarının həyata keçirilməsi, həmçinin Ermənistan hökumətindən tələb etmiş olduğumuz haqlı tələblərimizin yerinə yetirilməsi ilə bağlı beynəlxalq zəmanətin alına bilməsi ilə əlaqədar müddəaları özündə ehtiva edir".
Belə olan halda Ermənistan hökuməti BMT tərəfindən və BMT-yə üzv olan bütün dövlətlər tərəfindən tanınan öhdəlikləri, eyni zamanda, milli azlıqlarla bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməsi ilə bağlı məsuliyyət daşımaqdadır. Həmçinin, Ermənistan tərəfi bu qayıdışın təminatını həyata keçirməklə bağlı öz məsuliyyətini dərk etməlidir. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur.Gün gələcək Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar. Necə ki, Azərbaycan xalqı, bütün dünya gördü ki, Müdrik Lider, Böyük strateq, Qalib Sərkərdə Qarabağın 30 il davam edən işğalına Ali Baş Komandanımızın nəyi, nə vaxt edəcəyi ilə «Dəmir Yumruq» siyasətinə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu. Və Qərbi azərbaycanlılar da o günü görəcəklər. Dövlət başçımızın dediyi kimi: "Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB