"Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır"

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu sərt şəkildə qınadığını bildirib

Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu sərt şəkildə qınayıram.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan tvitter hesabında qeyd edib.

"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır", - deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə