Terrorun sifarişçilərinin müəyyənləşdirilməsində İran maraqlı olmalıdır ŞƏRH

İrandakı səfirliyimizə edilən silahlı basqının sifarişçilərinin araşdırılaraq müəyyənləşdirilməsi üçün bu ölkə tərəfindən təxirəsalınmaz addımlar atılmalıdır. Azərbaycan səfirliyində törədilən qanlı terror hadisəsi, eyni zamanda onu da sübut edir ki, İrandakı digər ölkələrin də səfirlikləri toxunulmaz deyil. Yəni hər an digər ölkələrin də səfirlikləri bu cür silahlı basıqnla üzləşə bilərlər. Görünür ki, İrandakı hakim rejim öz məsuliyyətini tamamilə itirib. Son zamanlar İran rejiminin ölkəmizə qarşı yürütdüyü riyakar siyasət fonunda Azərbaycan səfirliyinin hədəf seçilməsi görünür ki, heç də təsadüfi deyil. İran adını islam respublikası adlandırır, ancaq islam kodeksinə zidd əməllər və siyasətlə məşğul olur. Bu ölkənin Ermənistanla olan xoş münasibətləri, işğalçılıq siyasətinə dəstək verməsi Azərbaycan xalqında təəssüf hissləri yaratmışdı. Lakin bu gün səfirliyimizdə törədilən terror hər bir insanımızda hiddətlə qarşılanıb. Həmçinin insanlarda haqlı şübhələr yaranır ki, bu terror hadisəsində İrandakı rejmin əli ola bilər. Bu fikirləri elə məhz İran rejminin Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət formalaşdırır.

İran bir neçə dəfə sərhədimizə yaxın ərazidə hərbi təlimlər keçməklə də ölkəmizə qarşı güc nümayiş etdirmək niyyətində idi. Lakin adekvat olaraq öz cavabını alımış və Azərbaycanın güclü və tək olmadığını görmüşdü. Həyata keçirdiyi anti-Azərbaycan siyasəti ilə bu ölkə dostluq, mehriban qonşuluq münasibətlərinə ciddi zərbə vuran İran Ermənistanın işğal dövründə xalqımıza və İslam dininə məxsus dini dəyərlərin təhqir edilməsinə biganə yanaşmış, əksinə bu vandallıqları törədən Ermənistanla yaxın münasibətlər qurmuşdur.

İran hakimiyyəti maraqlı olmalıdır ki, səfirliyimizdə törədilən terror hadisəsi ilə bağlı istintaq tam obyektiv və sürətli formada həyata keçirilsin, günahkarlar öz cəzalarını alsınlar. Əks halda, İranının maraqlarının tamamilə başqa istiqamət olduğu öz təsdiqini tapmış olacaq.

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə