Lerikdə şəhid Ağamid Ağacəfərlinin məzarı ziyarət olunub FOTOLAR
Bu gün Lerik rayonunda Vətən müharibəsi şəhidi Ağacəfərli Ağamid Şirzaid oğlu doğum günündə anılıb. Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhidailələri ilə işin təşkili şəbəsinin müdri Rahib Şiriyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Xatırladaq ki, Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. 44 günlük Vətən müharibəsində iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibəyə qatılıb. Döyüşdə böyük şücaət göstərən Ağamid dövlətimizin ərazi bütövlüyü uğrunda Füzuli döyüşlərində canından keçərək 24 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra"Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB