Tarix boyu Şərqdən Qərbə uzanan ən böyük ticarət və karvan yollarının Azərbaycandan keçməsi ölkəmizin şöhrətini bütün cahana tanıtmışdır. Qədim İpək Yolunun mərkəzində yerləşməsi Azərbaycanın iqtisadiyyatına, ticarətinə və mədəniyyətinə öz müsbət təsirini göstərmişdir. Müasir dövrümüzdə də ölkəmizin regionun və dünyanın ən böyük logistik mərkəzlərindən birinə çevrilməsi tarixi ənənəsi olan şöhrətimizi bir daha dünyaya nümayiş etdirməkdədir. İpək Yolu üzərində yerləşən ölkələr ilə daim sıx iqtisadi və siyasi əlaqələrimiz mövcud olmuşdur. Belə ölkələrdən də biri Çin Xalq Respublikasıdır.
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Qeyd edilməlidir ki, bu ilki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir. Səfər çərçivəsində ölkə başçısı Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib.Müahibəsində Azərbaycan-Çin əlaqələrindən ətraflı və geniş şəkildə danışan cənab Prezident bu əlaqələrin iqtisadi, siyasi, mədəni və tarixi əhəmiyyyətindən və gələcək prespektivlərinin genişliyini vurğulamışdır. Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsasları mövcuddur. Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə edilir.
Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir kəmər, bir yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib. Bu xüsusda, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizi çox vacibdir. Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki ölkə maraqlıdır. Bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib. Təbii ki, Azərbaycan da vahid Çin ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edir. Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Eyni zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək Yolunun bərpa edilməsi ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır.
Dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafeylərinə tamamilə uyğun gəlir. Kifayət qədər ciddi əsaslar mövcuddur ki, bu əməkdaşlıq daha da genişlənsin və inkişaf etsin.
Əli Kərimov,
Pirallahı rayon Ağsaqqallar Şurasının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB