Xırdalan şəhər 10 ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

Xırdalan şəhər 10 ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

Yığıncaqda çıxış edən YAP Abşeron rayon təşkilatının sədr müavini Ülvi Salmanov partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən bəhs edib.

Daha sonra çıxış edən Abşeron -Xızı rayon üzrə Təhsil sektor müdiri- Rahim Novruzov, Abşeron -Xızı rayon üzrə Təhsil sektorunun Baş Məsləhətçisi Pərviz Novruzov çıxışlarında bildirdilər ki, bu gün ölkəmizin əldə etdiyi ugurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Vurğulandı ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Əhmədov Pərviz İsgəndər oğlu yekdilliklə ərazi partiya təşkilatının sədri, Abdullayev Musa Məhəmməd oğlu isə sədr müavini seçilib. Yığıncağın sonunda YAP sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə