"İstənilən halda aksiyalar nəticə verəcək" -POLİTOLOQ ŞƏRH ETDİ
“Ekofəalların göstərdiyi səylər artıq öz nəticəsini göstərir. Nəzərə almaq lazımdır ki, əvvəl Azərbaycan təbii sərvətlərini qanunsuz istismar edən şirkət hazırda müvəqqəti olaraq istismarı dayandırdığını vurğulayıb. Bundan əlavə olaraq aksiyanın əks-sədası özünü hər bir mənada göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, aksiyanın konkret hədəfləri var və o hədəflərə çatana qədər aksiyanın davam edəcəyini deməyə əsaslarımız da mövcuddur: “Bunlardan birincisi təbii sərvətlərimizin qanunsuz istismarının tamamilə dayandırılması, ikincisi isə Azərbaycan mülki qurumlarından ibarət müşahidə monitorinq missiyasının həmin ərazilərdə müşahidə aparmasına şərait yaradılmasıdır. Təbii ki, bu iki hədəf yerinə yetirilməyənə qədər ekofəalların aksiyalarının dayanacağını güman etmirəm. İstənilən halda aksiyalar nəticə verəcək. Bu gün ekologiya elə bir problemdir ki, bu, təkcə regional deyil, qlobal səviyyədə də özündə təhdid elementlərini birləşdirir. Bu baxımdan Azərbaycan ekofəallarının aksiyasına beynəlxalq ictimaiyyətdən də dəstək gəlməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB