Azərbaycan dövləti inkişaf dinamikasını saxlamağa çalışır ŞƏRH

Azərbaycan dövləti inkişaf dinamikasını saxlamağa çalışır ŞƏRH

Azərbaycan dünya iqtisadi proseslərinə sürətlə qoşulmaqdadır. Hazırda aparılan ciddi sosial-iqtisadi islahatlar Azərbaycanı hərtərəfli inkişaf etdirməyə imkan yaradıb. Dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycanda çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımız qorunur. Qarşıda duran bütün infrastruktur layihələri həyata keçirilir. İndiki vəziyyətdə Azərbaycan dövləti inkişaf dinamikasını saxlamağa çalışır. Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibədə bu məsələyə də toxunub. Prezident qeyd edib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. “Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq”,-deyə dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir: “İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər”.

Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətli və çoxşaxəlidir. Bu da ölkəni istənilən iqtsiadi risklərdən qoruyur. Bu reallığı həyata keçirilən sosial və infrastruktur layihələri təsdiqləyir. Hələ bir neçə il bundan qabaq Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanımışdır. Bu da Azərbaycan üçün böyük iqtisadi uğurdur. Ölkəmizin iqtisadi artımını Cənab Prezidentin müsahibəsində qeyd etdiyi rəqəmlərdə də görmək olur: “Ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir”.

Azərbaycan dövlətinin bu uğurlarının təməlində güclü siyasi iradə, iqtisadi islahatlar və düşünülmüş strategiya dayanır. Bu gün Azərbaycanın hərtərəfli inkişafında xalqımızın maraqları təmin edilir. Buna görə də ölkəmiz ildən-ilə güclənir. Hazırda bunun hesabınadır ki, Azərbaycanla hesablaşırlar.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə