Fransa Ermənistanın son ümidini də İrəvanda dəfn etdi – DEPUTAT ŞƏRH ETDİ
“Milli Assambleyasının sədri Yael Bron-Pivetin Ermənistana səfəri ermənilərin bütün ümidlərini boşa çıxardı. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin İrəvana səfərinin davamı olaraq fransalı spikerin regiona səfəri Ermənistan rəhbərliyində fərqli əhval-ruhiyyə yaratmışdı. Paşinyan və komandası elə düşünürdü ki, Bron-Pivet öz gəlişi ilə çoxdan yığılıb qalmış, lakin İrəvanın gücünün yetmədiyi problemləri birdəfəlik həll edəcək, Laçın yolunu açacaq, Ermənistanın Qarabağda qurduğu separatçı rejimin leqallaşdırılmasına yardımçı olacaq. Bəzi ermənilər isə bir az da dərinə gedərək xanım spikerin səfəri zamanı özü ilə Fransanın Qarabağın müstəqilliyinin tanıması barədə rəsmi sənədi də gətirəcəynə ümidlənmişdilər. Amma ümidləri puç olan təkcə separatçı qurumun “rəhbərləri” yox, həm də Ermənistan rəhbərliyi oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir: “Nə qədər Ermənistanın qəyyumu, “böyük bacısı” rolunda çıxış etsə də, Azərbaycana qarşı ermənipərəst addımlar atsa da beynəlxalq qanunlara, BMT Nizamnaməsinə əməl etmək də bu ölkənin üzərinə götürdüyü öhdəliklərdəndir. Hər güclü dövlət istədiyi regionda, yaxud hər hansı ölkənin daxilində baş qaldıran separatçılığı dəstəkləsə, yaxud onu beynəlxalq hüququn subyekti kimi qəbul etsə, suverenliyini tanısa, onda dünyada mövcud olan ölkələrin sayı indikindən 5-10 dəfə çox olar. Ona görə də Fransada və Ermənistandakı ermənilərin təbliğatına uymaq, ciddiyə almaq lazım deyil. Erməilərin son ümidi də İrəvanda xanım spikerin keçirdiyi mətbuat konfransında öldü. Separatçı, ermənisayağı verilən suallar Bron-Pivet çox qısa və tutarlı cavab verdi. Bildirdi ki, Fransa qondarma respublikanın müstəqilliyini tanımır və tanımaq fikri də yoxdur. Çünki bu, Fransanın imkanları xaricindədir. Ermənilər bundan sonra bu barədə özlərini əziyyətə salmamalıdır. Çünki Fransanın özündə də müstəqillik əldə etmək üçün növbə gözləyən regionlar var. Fransa beynəlxalq hüququ əsas götürür və bu hüquq da qondarma rejimlərin tanınmasını qəbul etmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB