Rusiya və Türkiyə yaxınlaşması Azərbaycana nə verəcək? - TÜRKİYƏLİ POLİTOLOQ AÇIQLADI

Rusiya və Türkiyə yaxınlaşması Azərbaycana nə verəcək? - TÜRKİYƏLİ POLİTOLOQ AÇIQLADI

"Türkiyə-Rusiya münasibətləri və Azərbaycanın bu prosesdən necə faydalanacağı Türkiyə ilə Azərbaycan arasında siyasi həmrəyliyin mühüm və həssas nümunəsidir. Türkiyə və Rusiya arasındakı bu yaxınlaşmanın uzunmüddətli perspektivdə müsbət və mənfi tərəflərini söyləmək çətindir. Tarixə nəzər saldıqda Türkiyənin Rusiya ilə münasibətləri dövri xarakter daşıyır". Bu sözləri SİA-ya açıqlamasında Bu sözləri SİA-ya açıqlamasında Türkiyəli politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, buraya Avropa ilə ticarət həcmi və NATO ilə müttəfiqlikləri də əlavə olunduqda Türkiyənin daimi olaraq Rusiyaya üz tutması çətindir: "Bu yaxınlaşma iki ölkənin dövri ehtiyacları ilə bilavasitə əlaqədardır. Bu qısa müddət ərzində prezidentimiz Rəcəb Tayyib Ərdoğanın valyutaya böyük ehtiyacı var. Rublla qarşılıqlı ticarət edək, dollardan istifadə etməyək qısa müddətdə daxili siyasət materialıdır, onun iqtisadi qarşılığı yoxdur. Türkiyə rubl əldə etmək üçün öz xarici valyutasından istifadə edəcək, Rusiya da valyuta bazarlarında ticarət edəcək".

Hakan Aktürk sözlərinə belə davam edib: "Türkiyə və Rusiyanın yaxınlaşmasını vacib hesab edirəm. Bu vəziyyət Türkiyə və Rusiya üçün bir fürsətdir.

İki ölkə arasındakı əməkdaşlığa gəlincə, "Mən bu qənaətdəyəm ki, Türkiyə uzunmüddətli perspektivdə Rusiya ilə yaxınlaşarsa, Rusiyanın şah damarı Türkiyə olacaq. Türkiyə ilə Rusiya arasında ticarət həcmi artmağa başlayıb və görünür daha da artacaq. Çünki yüz böyük şirkətin qərargahını İstanbula köçürməsi çox vacibdir. Bu, böyük bir əməliyyatdır. Türkiyə Rusiyanın əsas siması olacaq və bu Türkiyə üçün unikal bir fürsətdir.

Türkiyə güvən istehsal edən ölkədir. Kiminsə Rusiya ilə danışması lazımdır və bunu Türkiyə edir. Türkiyənin Rusiya ilə münasibətləri Azərbaycanı təhlükəsiz zonaya çevirib. O cümlədən qaz, neft və enerji yataqları, eləcə də ölkə iqtisadiyyatı, Avropa və dünya ölkələri arasında ixrac və idxal sahələrində Azərbaycanı sahəyə sövq edən Türkiyə modelini görürük. ABŞ bundan narahatdır.

Türkiyə Rusiya yaxınlaşması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ağıllı addımları ilə irəliləməyə davam edən güclü bir birliyə çevrilir.

Digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyə hara, Azərbaycan da ora" ifadələrindən sonra dünya ölkələri etibarlı siyasət və etibarlı qardaşlıq prinsipləri ilə böyüyən və inkişaf edən güclü birliyin uğurlu fəaliyyətini diqqətlə izləyirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə