MÜASİR AZƏRBAYCAN, DAVAMLI İNKİŞAF, YÜKSƏLƏN RİFAH, GÜCLÜ DÖVLƏT TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: “Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır”
Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı bildirmişdir ki, gələcəyə baxmalıyıq: «Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
GÜCLÜ İQTİSADİYYAT, GÜCLÜ DÖVLƏT, GÜCLÜ LİDER
Bu, real faktordur ki, hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev Liderliyi amili mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik". Bu fakt son 19 ildə Azərbaycan iqtisadi göstəricilərinə görə islahatçı ölkələr siyahısında olması bir daha deyilənlərin göstəricisidir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 19 ildə Azərbaycanın ümumi daxili məhsul istehsalı 3,4 dəfə artıb. 2003-cü ilə nisbətən ötən ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı 3,1 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,6 dəfə çoxalıb. Xarici ticarət dövriyyəsində 6,5 dəfə, o cümlədən, idxalda 4,5 dəfə, ixracda 8,6 dəfə artıb olub. Təkcə bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici dövriyyəsi 49 milyard 217 milyon 15 min ABŞ dolları təşkil edib. Bunun 36 milyard 335 milyon 549 min dolları ixracın, 12 milyard 881 milyon 466 min dolları idxalın payına düşür.17 il ərzində 2,7 milyon yeni iş yerləri yaradılıb. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək azalıb. Bir sözlə, Azərbaycan dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatına malik ölkələrin sırasına daxil ola bilib. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir. Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Prezident İlham Əliyev cənablarının dediyi "Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur» fikri, bu gün həqiqətən də ölkəmizdə İkinci Vətən müharibəsinin qələbəsi ilə başa çatması deyilənlərin göstəricisidir. Xüsusilə, mənfur terrorçu Ermənistan sentyabrın 27-də İkinci Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir və bunu işğalçı, faşist xislətli düşmən dövlət də bir daha gördü. Və işğal olunmuş torpaqlarımızın azad olunması, məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilməsidir ki, Müzəffər Azərbaycan Ordusu və rəşadətli əsgərlərimiz bu gün döyüş meydanında öz sözünü deyir və işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan öz layiqli cavabını alır. Çünki Azərbaycan haqq və ədaləti, beynəlxalq hüquq müstəvisində öz ərazi bütövlüyünün bərpa olunması yolunda mübarizədə Qalib gələrək bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır! Bütün bunlar, dövlət başçımız Prezident İlham Əliyevin “Güclü iqtisadiyyat ən önəmli şərtdir. Azərbaycanda bütün məsələləri həll etmək üçün ilk növbədə iqtisadiyyat güclü olmalıdır” sözləri iqtisadiyyatın müstəsna rolunun qiymətləndirilməsi baxımından xüsusi məna kəsb etməklə Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamının məntiqi davamı kimi də dəyərləndirilə bilər.Bəli, hər bir uğura güclü iqtisadiyyatla nail olunur. Məhz bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Böyük qayıdış prosesinin başlanması üçün ciddi addımlar atılır. Azərbaycan xalqı daha inamla irəliyə baxır və bu bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Bütün bunlara isə güclü iqtisadiyyatımızla nail olmuşuq.
İSLAHATLARIN ƏSAS HƏDƏFİ AZƏRBAYCANI MÜASİR, İNKİŞAF EDƏN VƏ GƏLƏCƏKDƏ İNKİŞAF ETMİŞ ÖLKƏYƏ ÇEVİRMƏKDİR
“İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik» - deyən ölkə başçısı çıxışlarında Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu vurğulayır, qeyd edir ki, “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib.
REGİONLARIN İNKİŞAFI DÖVLƏT BAŞÇISININ FƏALİYYƏTİNİN PRİORİTETİNİ TƏŞKİL EDİR
Həmçinin, onu da vurğulamaq lazımdır ki, iqtisadi qüdrəti getdikcə artan Azərbaycan qlobal böhranla mübarizə dövründə belə bölgələrin yüksəlişi davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Və regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətinin prioritetini təşkil edir. Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin əsas səbəbi xalqın dövlətimizin başçısına olan etimadıdır. Daim Prezidentimizə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı ötən il Vətən müharibəsi zamanı daha böyük birlik nümayiş etdirərək qələbəmizin qazanılmasına töhfələrini verdilər. Qalib dövlətin qalib xalqı təbii ki, iqtisadi inkişaf yolunda bundan sonra da uğurlara nail olacaq, Prezidentimizin rəhbərliyi ilə möhtəşəm proqramların həyata keçirilməsinin şahidi olacağıq. Göründüyü kimi, bu reallıqlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Verilən vədlər artıqlaması ilə yerinə yetirilib və bu gün də davam etdirilir. Bütün bu uğurlar məhz güclü iqtisadiyyat nəticəsində əldə olunur. Bəli bu gün müstəqil Azərbaycan inkişafının ən qüdrətli dövrünü yaşayır. Məhz bu inkişaf bütün dünyaya örnək olan Prezident İlham Əliyev siyasətinin uğurlu nəticəsidir ki,
GÜCLÜ DÖVLƏT-GÜCLÜ İQTİSADİYYAT- GÜCLÜ XALQ
Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, misilsiz cəsarəti və yüksək təşkilatçılığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Ölkənin iqtisadi inkişafının davamlı olmasını özünün iqtisadi siyasətinin təməl prinsipi kimi dəyərləndirən Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmini belə vurğulayıb: “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”. Azərbaycana son 19 ildə 300 milyard dollara yaxın sərmayə yatırılıb. Xarici investisiyalar 2,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycana 142 milyard dollar həcmində xarici investisiya qoyulub. 2003-2021-ci illərdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb.Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar isə 7,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard dollar həcmində investisiya yatırılıb. 2004-2021-ci illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 28,3 milyard dollar təşkil edib. Eyni zamanda, iqtisadiyyatın kreditləşdirilməsi 25,5 dəfə yüksəlib.2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur. Dövlət büdcəsinin xərcləri də 53 milyon 278 min manat artırılaraq 33 milyard 353 milyon 278 min manat müəyyənləşdirilib.Azərbaycan həmçinin, dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib.Azərbaycanın bütün uğurlarının, inkişafının təməlində iqtisadiyyatın inkişafı dayanır, ölkə iqtisadiyyatının da təməlində neft strategiyası durur.Bir sözlə, görünməyən dərəcədə əldə olunan bu uğurlar, məhz güclü iqtisadiyyat, güclü dövlət və güclü xalq birliyinin nəticəsidir. Və 2023-cü ildə Azərbaycanımızı, xalqımızı qarşıda daha nəhəng, daha davamlı uğurlar gözləyir - İlham Heydər oğlu Əliyev Cənablarının Liderliyi, rəhbərliyi və əlbəttə ki, müdrik siyasəti nəticəsində. Çünki bu gün Onun ətrafında həm də tükənməz xalq amili, tükənməz xalq sevgisi formalaşıb. İnanırıq ki, dövlətimiz bundan sonra da daha güclü iqtisadiyyata sahib olacaq.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB