“Prosesi Rusiya prezidenti əngəllədi” AÇIQLAMA

“Prosesi Rusiya prezidenti əngəllədi” AÇIQLAMA

“N.Paşinyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin gündəmdə olduğunu, yaxın vaxtlarda belə bir müqavilənin imzalanacağını iddia etməsində qeyri-adi heç nə yoxdur. Çünki ötən il sülh sazişinin imzalanması ilə əlaqədar həm Brüsseldə, həm də Vaşinqtonda xeyli irəliləyiş əldə olunmuşdu və ilin sonunda müqavilənin imzalanması tamamilə real idi. Bu prosesi Rusiya prezidenti əngəllədi. Onun Valday forumunda verdiyi təxribat xarakterli bəyanat ermənilərdə müəyyən ümidlər yaratdı”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

A.Səmədov bildirdi ki, ermənilər güman etdilər ki, Azərbaycanın istəyinin ziddinə olaraq Rusiya sülh sazişinə söz verdiyi kimi, Qarabağın statusu ilə əlaqədar bənd daxil edə bilər: “Ancaq ilin sonlarında keçirilən Soçi danışıqları göstərdi ki, Rusiya artıq əvvəlki illərdə olduğu kimi, “son söz” demək səlahiyyəti olan ölkə deyil və Azərbaycanın istəmədiyi heç bir müddəa sülh müqaviləsinə salına bilməz. Həmin danışıqlardan sonra həm ABŞ Dövlət katibi, həm Avropa İttifaqı rəsmiləri N.Paşinyanla ciddi söhbət aparmaq və onun davranışının yanlış olduğunu ona başa salmaq məcburiyyətində qaldılar. Ermənistan Baş nazirinin son bəyanatları göstərir ki, bu danışıqlar öz təsirini göstərib və Paşinyan “haqqın yoluna” qayıdıb. Ancaq nə qədər bu yolda qalacağı ciddi suallar doğurur. Çünki əvvəllər də biz dəfələrlə onun “ağıllandığının” şahidi olmuşduq, ancaq Rusiyanın və Fransanın müəyyən vədlərindən sonra öz mövqeyindən imtina etmişdi. Ümid edək ki, bu dəfə belə olmayacaq və yaxın aylarda “sülh sazişini” imzalamaq mümkün olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə