"Hələ heç bir tələbimiz yerinə yetirilməyib" - SİYASİ EKSPERT AÇIQLADI
"Aksiya artıq 16-ci gündür ki, davam edir və bütün günləri fəal keçib. Biz hər gün orada toplaşan fəalların fəaliyyətini izləyirik. Bu vətəndaş aksiyasıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, burada sadəcə tələblərin yerinə yetirilməsi məsələsi irəli sürülür: "Bir neçə müddətdir ermənilərin yaydığı blokada, humanitar yolun kəsilməsi ilə bağlı məsələlər göz önündədir. Rus sülhməramlıları həm böyük, həm də kiçik maşınları ilə hər iki tərəfə gedib gəlirlər. Ona görə də hələ ki, aksiyada ermənilərin və sülhməramlıların tələbləri yerinə yetirilir. O yoldan istifadə etmək onların istəyidir və şərait yaradılıb. Bizim isə hələ heç bir tələbimiz yerinə yetirilməyib. Buna görə də aksiya davam edir".
Vüqar Əhmədov sözlərinə belə davam edib: "Ümid edirik ki, necə ki biz sülhməramlılara və Xankəndində yaşayan erməni əhalinin tibbi-humanitar ehtiyaclarına şərait yaradırıqsa, onlar da bu ərazilərdə monitorinq aparmaqda bizə şərait yaradacaq. Əks halda aksiya davam edəcək.
Bir də narahatlıq doğuran belə bir məsələ var ki, dünən Beynəlxalq Qızıl Xaç komitəsinin müşayiəti ilə maşınlarla Xankəndinə keçid oldu. Belə məlumat yayılmışdı ki, maşında 4 nəfər xarici keçib. Bildiyimiz kimi bu maşınlar beynəlxalq humanitar təşkilata məxsus olduğu üçün də yoxlanılmır. Qırmızı Xaç Komitəsi bu məsələyə aydınlıq gətirsə çox yaxşı olardı. O xaricilər kim idilər və onlar hansı məqsədlə bu ərazilərə keçiblər?".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB