"Bu gün Azərbaycan və Dünya Azərbaycanlılarının Prezidentə kəskin ehtiyacı var" - TAHİR KƏRİMLİ

"Bu gün Azərbaycan və Dünya Azərbaycanlılarının Prezidentə kəskin ehtiyacı var" - TAHİR KƏRİMLİ

“Bu gün Azərbaycan və Dünya Azərbaycanlılarının Prezident İlham Əliyevə kəskin ehtiyacı var. Hər kəs bilməlidir ki, hələ bizim qarşımızda böyük vəzifələr dayanıb”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

O sözlərinə belə davam edib: “Azərbaycanın qurtuluşu Qarabağdan başlayır. Biz bunu Qərbi Azərbaycan İcmasının toplantısından da gördük.

O insafsızlara qarşı mübarizənin kim bacara bilər?! Bu işin davam etdirmək lazımdır. Xankəndi üzərində nəzarət qurmalıyıq, düşmən zəif deyil. Bu gün hərkəsi Prezidentimizin ətrafında birləşməyə çağırıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə