Norveçdə yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti

Norveçdə yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti

Azərbaycanın İsveç və eyni zamanda Norveç krallıqlarında səfirliyimizin təşkilatçılığı ilə Oslo şəhərində yaşayan Azərbaycan icmasının üzvlərinə səyyar konsulluq xidməti göstərilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfirliyimizin konsul məsələləri üzrə məsul şəxsi Nail Qocayev tərəfindən Norveçdə yaşayan azərbaycanlılara lazımi kömək göstərilib. Norveçdə yaşayan Azərbaycan icmasının üzvlərinə ehtiyacları olan sənədlərin verilməsi və digər sahələrlə bağlı konsulluq xidmətini təmin edən səfirliyimizin əməkdaşı, həm də soydaşlarımızın sənədləşməyə dair suallarını cavablandırıb.

Görüşün sonunda soydaşlarımıza konsulluq xidmətləri həyata keçirməklə yanaşı, onlara hüquqi yardım edilərək, qanunvericiliyin tələbləri izah olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə