ABŞ Ukrayna batalyonlarına hərbi təlim keçəcək

ABŞ Ukrayna batalyonlarına hərbi təlim keçəcək

ABŞ ordusu Almaniyada xüsusi silah hazırlığı ilə yanaşı, Ukrayna ordusuna batalyonlarda hərtərəfli manevr və silahdan istifadə üzrə təlimlər verməyə başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder bəyan edib ki, ABŞ Avro-Afrika Quru Qoşunları Komandanlığı Almaniyada Ukrayna ordusu üçün təlimləri genişləndirəcək.

Rayder, "Birgə Manevr və Kombinə Silah Təlimi"nin ABŞ əsgərlərinin Ukrayna əsgərlərinə verilən xüsusi silah və avadanlıq təlimlərinə əlavə olacağını söylədi. Bu təlimin Rusiya-Ukrayna müharibəsindən əvvəl ABŞ Milli Qvardiyasının Ukraynada verdiyi təlimin davamı olduğunu bildirən sözçü, “Bu genişləndirilmiş təlim proqramına ayda təxminən 500 Ukrayna əsgəri daxil olacaq. Əsasən batalyonlarda təlimlərə diqqət yetiriləcək. Təbii ki, zaman keçdikcə, əhatə dairəsi ukraynalı tərəfdaşlarımızın ehtiyaclarına və Ukraynadakı vəziyyətə uyğun olaraq genişlənəcək” dedi.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə