Rusiya Qarabağın qapısını çöldən bağlamağa məhkumdur! TƏRS BAXIŞ+ÖZƏL
Qızıl yataqlarının çapılıb-talanmasında, istismarında üzə çıxan faktlar dəhşət saçır
Rusiya sülhməramlıları kontingentinin (RSK) istər 20 yanvar 1990-cı ildəki sovet imperiyasının Bakıda törətdiyi qırğın səbəbkarlarına, istərsə də 1992-ci ildə Xocalı soyqırımının baş verməsində bilavasitə iştirak etmiş bədnam 366-cı alayın cəlladlarına bənzədilməsi özünü bu dəfə Qarabağda nümayiş etdirməkdədir. Bəli, zaman, dövran, hətta Rusiya dövlət quruluşu dəyişsə də, məqsəd və imperiya maraqları dəyişilməz olaraq qalmaqdadır. Biz bunu Ukraynada da müşahidə edirik. Lakin...
Lakin daha bir danılmaz fakt budur ki, əgər Kreml həmin maraqlarının bu dəfə Qarabağda, müstəqil Azərbaycan torpaqlarında reallaşdşrılacağını hesab edirsə, dərindən, kökündən yanılır və bu günkü Rusiya artıq daxili parçalanmalar və öz içində müstəqil dövlətlərin qurulması baxımından ciddi təhlükələr qarşısındadır. Bu baxımdan, “yaralı ayı” haraya gəldi, necə gəldi ağız atır – aqressiya, yalan, vədinə əməl etməmək və s. kimi oyunbazlıqları, ssenariləri ilə...
Kreml Qarabağda yeni eskalasiyanın yaradılmasına təhriklər edir
Bu gün Qarabağda üzərinə götürdüyü sülhməramlılıq missiyasını bədməramlılıq, ya da sülh MƏRAMSIZLIQ cəhətəri ilə dəyişən RSK və onun yararsız komandanı, general Volkov ona və ölkəsinə etibar edilmiş səlahiyyətlərini nəinki aşır, üstəlik, işğalçılıq məqsədlərini açıq-aşkar və Kremldən aldığı əmrləri əsasında sərgiləyir. Sözün əsl mənasında, Qarabağda yeni eskalasiyanın yaradılmasına təhriklər edir.
Görünür, Azərbacan Prezidenti İlham Əliyevin son vaxtlara qədər RSK-nın fəaliyyətinə məqbul qiymət verməsi və bunu Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinə bildirməsindən sonra RSK rəhbərliyinin ayağı yer almağa başlayıb. Amma bu dövr də artıq geridə qaldı və bundan sonra belə olmayacaq!
RSK bundan sonrakı fəaliyyətini də eyni məcrada davam etməyi qərarlaşdırıbsa, bu, ona çox baha başa gələ bilər
Digər tərəfdən, hazırkı mərhələdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması danışıqlar mövzusudur. Fəqət, Rusiya nə edir və nə etməyi düşünür? Fakt budur ki, RSK bundan sonrakı fəaliyyətini də eyni məcrada davam etməyi qərarlaşdırıb, bu, ona çox baha başa gələ bilər. Ən yaxşı halda dəvət olunduğu kimi, vaxtından əvvəl Qarabağdan çıxarılmasına qədər. Elə rusların özlərinə aid bir məsəl var, “salamı necədirsə, cavabı da o cürdür” (“kakoy privet, takoy otvet”)
Rusiya açıq-aşkar Qarabağda təxribatlar törədir və nəinki indi, elə gəldiyi ilk günlərdən başlayaraq
Maraqlıdır ki, Rusiya, daha dəqiq desək, Putin Rusiyası fikirlərini açıq-aydın izah etmir. Misal üçün, ABŞ və Fransa öz səfirlərini Şuşaya getməkdən çəkindirir və bununla açıq-aşkar məqsədlərini nümayiş etdirirlər. Bakı isə bu məqsədləri diplomatik və hüquqi sahədə araşdırır və həmin məqsədlərin doğru olmadığını bəyan edir. Gec, ya da tez amerikalı və fransız siyasətçilər də “paşa-paşa” Şuşaya gələcəklər. Beynəlxalq hüquq var və ona əməl də ediləcək.
Bəs Rusiya? Rusiya açıq-aşkar Qarabağda təxribatlar törədir və nəinki indi, elə gəldiyi ilk günlərdən başlayaraq. İndi isə bu təxribatlar daha da artıb. Qızıl və s. faydalı qazıntı yataqlarımız çapılıb-talanır və bu məsələdə əsas vasitəçiliyi RSK, onun komandanlığı icra edir, təbii ki, Moskvadan verilən tapşırıqlar əsasında.
“Base Metals”, “Valeks”, VTB triosu – Qarabağı talayan üçlük!
Artıq bıçaq sümüyə dirənib və ona görə də yuxarıda qeyd olunduğu kimi, heç nə əvvəlki kimi olmayacaq. Ona görə olmayacaq ki, Bakının əlində danılmaz faktlar var:
Qarabağda molibden və qızıl yataqlarının qanunsuz istismarı ilə məşğul olan “Base Metals” “Valex” Şirkətlər qrupu tərəfindən yaradılıb, şirkətin başında dayanan isə Valeri Mejlumyan adlı ermənidir və bu qrup Rusiyanın dövlət bankı olan VTB tərəfindən maliyyələşdirilir (?!).
VTB-nin adi səhmlərinin 60,9%-i Rusiya Federasiyasına məxsusdur, qalan 39,1%-i isə sərbəst dövriyyədədir. İmtiyazlı səhmlər də daxil olmaqla, qrupun nizamnamə kapitalının 92%-i Rusiya hökumətinin nəzarəti altındadır!
Aktivlərin həcminə görə Rusiyada ikinci, nizamnamə kapitalına görə isə birinci bankdır və bu da son deyil...
Açıq-aydın dəlil budur ki, problem yalnız RSK-nın Qarabağdakı komandanı Volkovda da deyil, ona görə ki, “Base Metals” Qarabağda 2002 ildən bu günə qədər Rusiya hökumətini maliyyələşdirilməklə qanunsuz fəaliyyət göstərir və acınacaqlı, əlahəzrət daha bir fakt – Rusiya yanız indi deyil, bu yataqlar işğala məruz qalandan və qanunsuz istismar olunduğu zamandan Kremlin ağzına “yağlı əppək” atır!
Beləliklə, bütün bu və bu kimi digər məsələlərdə Kremlin və Putin Rusiyanın (elə ondan əvvəlki Rusiyanın da) əli var. Rusiya rəsmiləri cinayətkar ermənilərlə birlikdə Azərbaycanın qızıl yataqlarını çapıb-talayır, istismar edir, oradan gələn gəlir isə “Valex” şirkətlər qrupunun tabeliyində olan xarici ölkələrdəki ofşorlara köçürülür. Xüsusən də, Lixtenşteyn və Kiprdəki ofşor ərazilərə. Nəticədə isə bu cinayətkar əməllərin bir tərəfi digər tərəflərə qədər uzanıb-gedir və artıq vaxtdır – Rusiya Qarabağın qapısını çöldən bağlamağa məhkumdur!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB