Ceyhun Bayramov polşalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat paylaşılıb.

Tərəflər Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-ci iclası çərçivəsində bir araya gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə