Laçın dəhlizinndən çıxan görünməyən tüstü SİYASİ RAKURS+ÖZƏL

Yaxud, proseslər haraya doğru aparır?

Laçın dəhlizi istiqamətində cərəyan edən olaylar artıq bir-birini get-gedə daha tez-tez əvəzləməyə başlayıb. Hətta daha açıq desək, hadisələr antiterror əməliyyatlarının başlanması istiqamətinə doğru inkişaf etməkdədir. Buna isə bir sıra və əsaslı səbəblər yaranıb və əslində həmin səbəblər məhz Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti olaraq, eləcə də rəsmi Bakının icazəsi ilə, o cümlədən, rəsmi mandat verilmədən Qarabağ ərazisinə daxil olduqları vaxtdan mövcuddur.

Bakı artıq öz sözünü deyib – səbrimiz tükəndi!

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan DTX-sı yeni Laçın yolu vasitəsi ilə separatçılara hərbi texnikaların daşınması barədə məlumat vermişdi. Bu məlumatın ardınca isə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Sarıbaba yüsksəkliyində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalarla bağlı şərhində bildirib ki, həmin minalar yalnız RSK-nın Laçın dəhlizində nəzarət etdiyi ərazilərdən keçirilə bilər. Yəni Ermənistanın Qarabağ separatçılarına hərbi texniki təchizatlar göndərməsi də məhz Laçın dəhlizi vasitəsi ilə reallaşdırılır və əlbəttə ki, bu faktlar daha əvvəl qəbul edilmiş üçtərəfli bəyanatın müddəalarına tamamilə ziddir və söz yox ki, bütün bunlara birdəfəlik son qoyulmağın vaxtı çatıb. Əbəs deyil ki, Ceyhun Bayramov şərhində onu da xüsusilə qeyd edib ki, Azərbaycan bunun üçün lazım olan bütün vacib addımlarını atacaq!

RSK-nın biznesmen komandanı Volkov...

Yeri gəlmişkən, Sarıbabada aşkar edilən erməni minaları ilə bağlı RSK-nın komandanlığına, şəxsən Volkova da məlumat verilib və həmin minalar ona göstərilib. Həmin Volkova ki, bir sıra faktlara əsasən o öz vəzifəsindən sui-istifadə edərək RSK-nın nəzarət etdiyi ərazilərdə sözün əsl mənasında biznes açıb.

Başqa tərəfdən, Rusiya tərəfi onlara təqdim edilən faktlara heç bir rəsmi münasibət açıqlamayıb necə ki, 44 günlük müharibənin son günlərində Şuşaya atılan “İsgəndər” raketlərində olduğu kimi...

Təbii ki, bütün bunlardan sonra Bakının prosesləri sadəcə izləməsi yolverilməz idi və nəticədə lazım olan bəyanatlar irəli sürüldü. Bu gün erməni tərəfinin təlaşla qurcalanmağa başlamasının, hadisələrin ciddi məcraya doğru yönəlməsini anlamasının da səbəbləri məhz budur.

Edmon Marukyanın sərsəm iddiaları ermənilər tərəfindən də ciddiyə alınmayıb

Misal üçün, xüsusi işlər üzrə səfir kimi təqdim olunan Edmon Marukyan sosial şəbəkələrdə öz təbirincə, yaxud “erməni bicliyi” əsasında isbat eləməyə çalışıb ki, sən demə Azərbaycan tərəfi Ermənistanda basdırılmış minaları əvvəlcə çıxarıb, sonradan onları öz ərazisində - Sarıbaba yüksəkliyində basdırıb ki, İrəvana və “əzabkeş” Qarabağ separatçılarına qarşı daha açıq şəkildə ittihamlar irəli sürsün (?!-R.R.) Onun bu feyk ehtimalı nə qədər maraqlı görünsə də, elə erməni seqmentinin özü tərəfindən ələ saındı... Və təbii ki, Azərbaycan tərəfi də bu saxta, böhtan xarakterli ittihamı əsla qəbul edə bilməzdi!

Və məhz bundan sonra Xankəndidə var-gəl edən separatçılar anlamağa başladılar ki, bu aş o aşdan deyil və qondarma “dqr”in əsas sözçülərindən biri – “xin başısı” qismində təqdim olunan David Babayan bir sırta “bəyanatlarla” çıxış etməyə başladı...

Babayanın dediklərindən belə nəticə hasil etmək mümkündür: erməni separatçıları Laçın dəhlizində çıxan görünməyən tüstünü görməyə, hətta o tüstünün qoxusunu da duymağa başlayıblar

Məsələn, sən demə Azərbaycanın Laçın dəhlizini bağlaması “artsaxa” hücum, həm də RSK-nın “kürəyindən vurulan zərbə” kimi anlaşılacaqmış və eyni zamanda, həmin tədbirlərin icrası ümumilikdə “geosiyasi cəhətdən ağır nəticələrə” gətirib-çıxaracaqmış... (?!-R.R.) Gəlin təkcə Babayanın bəzi fikirlərinə diqqət çəkək. “Mən beynəlxalq ictimaiyyətin bütün bunlara etinasız yanaşacağını düşünmürəm”, deyən Babayan daha sonra iddia edib ki, sən demə Laçın dəhlizi məntiqcə yeganə dəhlizdir ki, nəinki Qarabağı ümumilikdə xarici aləmi Ermənistanla birləşdirir. Hələ bu harasıdır? Separatçı-quldur bir az da irəliyə gedərək həyasızcasına bəyan edir ki, Laçın dəhlizi çox darıymış və Azərbaycan hərbçiləri müxtəlif “təxribatlara” əl ata bilərmişlər və bu “təxribatlar” RF sülhməramlılarına da qarşı törədilmiş kimi qiymətləndirilə bilər (???!!!-R.R.)

İndi isə Babayanın ən “əsas arqumentinə” diqqət edək. SİTAT: “Mən ümid edirəm və inanıram ki, sülhməramlılar reaksiya göstərəcəklər, çünki bu faktiki şəkildə müharibəyə, qətliam və genosidə tərəf atılan addım olacaq. Onlar necə reaksiya göstərə bilməzlər? Biz çox istərdik ki, “artsaxda” rusiyalı sülhməramlıların sayları artırılsın, amma insan resurslarını artırmaq olmazsa, heç olmasa təhlükəsizliyi texniki vasitələrlə gücləndirmək olar”.

Beləliklə, Babayanın dediklərindən belə nəticə hasil etmək mümkündür ki, artıq erməni separatçıları Laçın dəhlizində çıxan görünməyən tüstünü görməyə, hətta o tüstünün qoxusunu da duymağa başlayıblar. Xankəndidə bunu anlayırlar və önləyici addım kimi RSK-nı köməyə çağırırlar.

Laçın dəhlizinə daha bir alternativ var – Ağdam yolu!

İndi isə sözügedən məsələyə ayrı-ayrılıqda şərh verək. Yaxşı olardı ki, Babayan “genosid”, “qətliam” tipli fikirlərini özünəbənzər publika üçün saxlasın. Belə ki, Qarabağ hadisələrini bilən, öyrənən və ədalətli nəticə çıxarmağı bacaran istənilən şəxs yaxşı bilir ki, Xocalıda, Ballıqayada, Malıbəylidə soyqırımlarını kimlər törədiblər. Həm də bu münaqişəni izləyənlər onu da yaxşı bilirlər ki, kimlər dəqiq vuran silahların alınması üçün milyardlarla dollarlar xərcləyib və sonradan həmin silahları Azərbaycanın dinc şəhərlərinə doğru tuşlayıb, minlərlə mülki vətəndaşların həyatlarına son qoyub. Və bilənlər onu da yaxşı bilirlər ki, erməni generalları bu silahlarını məhz və məhz (!!! R.R.) Xankəndinin, Ağdərənin yaşayış massivlərində yerləşdiriblər. O cümlədən, kifayət qədər aydındır ki, Azərbaycan heç vaxt Xankəndiyə aparılan humanitar yük tranzitlərinə maneələr yaratmayacaq. Hansı ki, 1988-1989-cu illərdə Ermənistan Azərbaycandan fərqli olaraq Naxçıvana qarşı nəqliyyat blokadasını tətbiq edirdi!

Bu da son deyil. Əgər Babayan Laçın dəhlizini Qarabağla Ermənistanı bağlayan yeganə yol kimi gördüyünü deyirsə kökündən yanılır. Çünki daha bir yol mövcuddur – Ağdam yolu. Məhz Azərbaycan vətəndaşlığını qəbul edəcək Qarabağ erməniləri bu yoldan istifadə etməklə özlərinə məxsus humanitar yüklərini Ermənistandan Qarabağa gətirə bilərlər və onlara kimsə maneə də yaratmayacaq. Yox əgər həmin yoldan minaların, silahların, hərbi texnikaların, VOMA, daşnak və s. terrorçuların, fransız diplomatlarının, qalmaqallı rusiyalı oliqarxların, öyrədilmiş jurnalistlərin, Qərbin xüsusi xidmətlərinə bağlı casusların keçmələrinə cəhd ediləcəksə, əlbəttə ki, Azərbaycan buna imkan verməyəcək. Bax, bu reallığın öz hədəfinə doğru çatması David Babayanın timsalındakı Araik Arutyunyan, Vardanyan tipli separatçı-quldur rejimini qorxutmağa başladıb.

Xatırlatmaq yerinə düşərdi ki, bir müddət əvvəl də Xankəndidə RSK-nın sayının artırılması ilə bağlı “təşəbbüs” irəli sürülmüşdü. Amma bu “təşəbbüs” də həmin vaxt işə yaramadı. Çünki ortada üçtərəfli bəyanat var və orada RSK-nın sayı dəqiq verilib. Yox, əgər say artımı məsələsi qaldırılarsa onda da Bakı ilə Moskvanın ümumi razılığı əldə edilməlidir və İrəvanın, a da Qarabağ “separatçılarının” istəkləri burada heç bir rol oynamır və oynamayacaq da.

İndi isə Xankəndidə RSK-nın “texniki təchizatının dəyişdirilməsi” fonunda siçan-pişik oyunu oynanılmağa başlanıb. Maraqlıdır, “texniki təchizatın dəyişdirilməsi” deyərkən nə nəzərdə tutulur? Bəlkə RSK-nın postlarına gecə görüntülü cihazlar, binokllar və verilməlidir? Xeyr, bu da alınmayacaq və Bakı buna icazə verməyəcək!

RSK-dan yapışan erməni separatçıları Fərrux əməliyyatını, Azərbaycan Ordusunun Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olmasını da unutmamalıdırlar

Babayan sərsəm düşüncələrini bölüşdüyü zaman bir həqiqəti də yadından çıxarmamalıdır – Fərrux əməliyyatını! Yəni fakt budur ki, RSK-nın Qarabağda olması heç də belə deməyə əsas yaratmır ki, onların mövcudluqları olan yerlərdə Azərbaycanın zərbə PUA-ları separatçıların başlarının üzərini qara buludlar kimi almayacaq.

Yaxud, separatçı “başbilənləri” 2022-ci ilin avqustunda Laçın şəhərinin və Zabux, Sus kəndlərinin köhnə Laçın dəhlizi statusundan çıxaraq Azərbaycan Ordusunun nəzarəti altına keçməsini, RSK-nın isə bu əraziləri tərk etməsini də unutmamalıdırlar. Məhz həmin ərəfələrdə də Qarabağa qanunsuz olaraq köçürülmüş livanlı terrorçu, həmin ərazilərin “meri” kimi təqdim edilən Çavuşyan yekə-yekə danışırdı ki, Azərbaycan əsgəri oraya vertikal şəkildə daxil olsa horizontal şəkildə də çıxmalı olacaq və s... Amma nə baş verdi? Çavuşyan bir neçə gündən sonra İrəvanda keçirilən etiraz mitinqlərində “məzlum və əzabkeş erməni” olaraq boğazını yırtmağa başladı.

Nə qədər ki, gec deyil - Qarabağdan Ermənistana doğru aradan çıxmaq üçün yalnız Azərbaycan postlarından keçməli olacaqlar...

Ola bilər ki, Xankəndidəki separatçı rejim mənsubları RSK-nı 30 il əvvəl Xocalı soyqırımının törədilməsində iştirak etmiş məşum 366-cı alay qismində görürlər, ya da görməyə cəhd edirlər, amma o dövrlərdə də artıq çox geridə qalıb. Bəli, ola bilər ki, RSK özünün məntiqsiz, bəlkə də təxribatçılıq məqsədi ilə yaydığı relizlərində istədiyi uğursuz ifadələrini qeyd edə bilər. Amma bundan da o tərəfə keçə bilməz, çünki mövcud reallıq tamamilə ayrı cürdür. Hətta iki il əvvəlkindən də qat-qat fərqlidir və bu fərqlilikdə Azərbaycanın artan gücü də ortadadır. Ona görə də separatçılar isterikalara qapılaraq özlərindən “Vaşinqton”, “Moskva”, “Paris” qurmaqdansa Laşın dəhlizində tətbiq ediləcək yeni qaydalara riayət, itaət, boyun əymək barədə düşünsünlər. Çünki qısa müddətdən sonra onlar üçün yeni problemlər yaranacaq – onlar Qarabağdan Ermənistana doğru aradan çıxmaq üçün yalnız Azərbaycan postlarından keçməli olacaqlar...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə