“Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir”

Prezident cənab İlham Əliyev noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan tədbirdə çıxış edərək YAP-ın keçdiyi çətin və şərəfli inkişaf yolundan geniş bəhs etdi və bildirdi ki, məhz Ümummilli lider Heydər Əliyevin milli inkişaf konsepsiyaları əsasında Azərbaycan bugünkü inkişafa, tərəqqiyə nail olmuşdur. Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu. Bu gün Azərbaycan regionun lideridir, beynəlxalq nüfuzu artır və həyata keçirdiyi layihələrin miqyası genişlənir. Partiyanın lideri, ulu öndər Heydər Əliyev müasir, heç kimdən asılı olmayan müstəqil Azərbaycan qurdu. Ölkənin iqtisadi və siyasi müstəqilliyi təmin edildi.

15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilən Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin xilası üçün bir çox sahələrdə düşünülmüş addımlar atmağa başladır. Bunlardan biridə ərazisinin bir qismi erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycan dövlətinin ordu quruculuğu sahəsi idi. Bəli, Azərbaycanda ilk nizami ordu quruculuğunun müəllifi Ulu Öndər Heydər Əliyevdir. Ulu öndərin uzaqgörənliyi və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində Azərbaycanda ordu quruculuğu formalaşdırıldı.Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ön xəttə səfərlər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi.Bu gün Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu və 44 günlük Şanlı Vətən Müharibəsində zəfər çaldı, torpaqlarımız düşmən tapdağından azad edildi. Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Eyni zamanda bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə