"Məktəblilər və müəllimlər üçün ictimai nəqliyyat pulsuz olsun" - NAQİF HƏMZƏYEV

"Pik saatlarda metrodan istifadə etməyə cəhd etdim, ancaq alınmadı, bir neçə qatar buraxmalı oldum". SİA xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, əvvəl saat 8-də ictimai nəqliyyatda insanlar çox olurdusa, indi saat 10-da da ictimai nəqliyyatdan istifadə etmək çətin olur: “Bakıda əhalinin sayı çoxalıb. Metronun, ictimai nəqliyyatın əvvəlki rejimlə işləməsi bu problemi aradan qaldıra bilməz. Eyni zamanda Bakının mərkəzində məktəbdə təhsil almaq üçün çoxlu sayda şagirdlər gəlir və onları da valideynləri avtomobillə gətirəndə tıxac yaranır.

Hesab edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun ki, biz tıxac problemini müəyyən dərəcədə aradan qaldıra bilək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə