AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olunub

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan Vüqar Əliheydər oğlu Əliyev noyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən kollektivə təqdim olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini çatdırıb.

Vüqar Əliyev ona göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə